İndicə Sabirabaddan verilən məlumata görə Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirilir
well/Aran agentliyi
Aksiyada 200-qədər vətəndaşın iştirak etdiyi bildirilir.
Etirazçıların əsas tələbi Kür daşqınları zamanı zərərçəkmişlərə ödəniləcək olan kompensasiyaların hələ də ödənilməməsi və bəzi məmurlar tərəfindən bu kompensasiyaların mənimsənilməsidir.
Məlumatda bildirilir ki, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və «Kür» Vətəndaş Cəmiyyətinin sədri Oqtay Gülalıyev hazırda Sabirabaddadır. Polis narazı əhalinin onlarla görüş keçirməsinə imkan vermir. Qeyd olunur ki, polis «Kür» Vətəndaş Cəmiyyətinin narazı zərəçəkmişlərlə nəzərdə tutlan görüşünə imkan verməyib. Buna görə də incident yaranıb.
Bir neçə nəfərin polis tərəfindən saxlarınlması haqqında məlumat verilib.
ƏLAVƏ 1- Hazırda narazı əhali Əsgərbəyli kəndinə doğru irəlilədiyi bildirilir. aksiyada iştirak edənlərin sayının 300 ötdüyü bildirilir. Polislə əhali arasında ciddi qarşıdurma yaranma ehtimalı var.
ƏLAVƏ 2- Sabirabad polis bölməsindən bildirilib ki, «Kur» Vətəndas Cəmiyyti ilə narazı əhalinin nəzərdə tutulan görüşünün dağıdılmasının əsas səbəbi həmin görüşdə keçmiş spiker Rəsul Quliyevin elan etdiyi «Müqavimət Hərəkatı»nın Sabirabad bürosunun yaradılmasının qarşısının alınması olub. Polisin bu qənatə gəlməsinə səbəb isə Sabirabada qonşu rayonlardan daxil olan avtomobillərdən göy lent asılması olub.
Pia