well/Aran agentliyi
Burada ən yüksək xidmət təşkil olunacaq. Müasir otellər tikilir. Ümid edirəm ki, yaxın zamanlarda burada birinci mərhələni əhatə edən işlər başa çatacaq. Bu ilin sonuna qədər bu gözəl kurort öz qapılarını insanlara açacaq.
Bunu prezident İlham Əliyev ötən il fevralın 27-də Qusarda inşa olunan Şahdağ Qış-Yay Turizm Kompleksinin kanat və xizək enişinin açılışında deyib. Kompleksin təməlqoyma mərasimi isə 2009-cu ilin sentyabrında olub.
Kompleksin bir hissəsi Kuzun kəndinin ərazisinə düşür. Kənd sakini Mirzəbəy Mirzəyev deyir ki, üzərində turizm kompleksi tikilən torpaqların 4.5 hektarı ona düşən pay torpağıdır. Hökumət bu torpağın hər sotuna görə kompensasiya kimi ona 24 manat təklif edib. O isə razılaşmayıb. Deyir, prezidentə məktublar da yazıb, cavab almayıb. Dərdini hər dəfə kompleksdəki tikinti işləri ilə tanış olmaq üçün əraziyə gələn prezidentə əyani demək istəyir, ancaq buna da imkan vermirlər.
ORADA TORPAĞIN SOTU 1000 MANATDIR
Mirzəbəy Mirzəyev: «Həmin sahədə torpağın sotu ən aşağısı 1000 manatdır. Mənə isə 1 sotuna 24 manat verirlər. Bir qəzet 30 qəpiyədir, mənimsə torpağımın kvadratına 24 qəpik verirlər. Torpağı götürüb tikirlər, deyirlər «bu qədər pul veririk. Götürürsən götür, götürmürsən götürmə.
Kəndin digər sakini Şamil Bağışov da kompleksin ərazisinə düşmüş 4 hektar pay torpağına təklif olunan kompensasiyadan imtina edib:
Şahdağ Qış-Yay Turizm Kompleksi turizm sahəsində ən iri layihələrdən hesab olunur
Sotu 24 manatdan hesabladılar. Bu pul uyğun deyil
axı. Xizəksürmə əraziləri örüş əraziləri idi. Hazırda otellər tikilən ərazilər isə pay torpaqlarıdır. Şəxsən mənim pay torpağımda indi 3 beşmərtəbəli yataqxana tikilir».
Şamil Bağışov deyir ki, Nazirlər Kabinetinə və prezidentə şikayətlər yazıb. Həmin şikayət məktubları Qusar rayon İcra Hakimiyyətinə göndərilib. Nəticəsi də bu olub ki, onu icra hakimiyyətinə çağıraraq dövlətin ayırdığı kompensasiyanın bundan artıq olmadığını deyiblər.
Qusar rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirdilər ki, tikilən turizm kompleksinin onlara heç bir aidiyyəti yoxdur. Tikintini Mədəniyyət və Turizm Nazirliyi aparır.
azadlıq