Yanvarin 17-də Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan İslam Partiyası sədrinin müavini Arif Qəniyevin işinə baxılacaq
well/Aran agentliyi
Yanvarin 17-də Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan İslam Partiyası sədrinin müavini Arif Qəniyevin işinə baxılacaq. Məlumatı operativ.info-ya onun vəkili Anar Qasımlı verib. Vəkilin sözlərinə görə, hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Arif Qəniyev yaxın günlərdə Sumqayıta gətiriləcək. Məhkəmə prosesi saat 11-də başlayacaq. İşə baxacaq hakim məhkəmənin sədri Zeyqəm Hüseynovdur.
Xatırladaq ki, Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur.
operativ.info