Tarix : 2012 Jan 09
Kod 27851

Haqq yolu : Neoateistlər növbəti qurbanlar sorağında

Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun “Bu “mürtəd”i ölümə layiq bilən bir dinin hicabsız və burkasız üzü idi!..” multi-kampaniyası ilə bağlı bəyanatı
well/Aran agentliyi

 

Bəşər tarixi boyu kəmiyyət nisbətindən asılı olmayaraq Dinlə Küfr və ya Dinlə Ateizm savaşda olub. Ayrı-ayrı dövrlərdə formatlar fərqləndiyindən cəmiyyət aldanır və çox vaxt ateistlərin (kafirlərin) “dini təbliğatında” etiqad yolunu tərk edir. Din və ilahivarlığı açıq şəkildə inkar edən klassik və marksist ateizmdən fərli olaraq bugünkü neo-ateizm ilahi varlığı yox, normativ dinləri hədəfə alır. Xüsusilə dinə bağlı Şərqdə Daniel Dennet, Riçard Dokinz, Sem Harris, Kristofer Hitçens səmimiyyətindən uzaq bir qərəzli, kinli ateizmlə üzbəüzük.

Azərbaycan Respublikasında xalq cəbhəsi zərurəti ortada ikən anti-islam cəbhə yaratmaq missiyasını öhdəsinə götürmüş bir ovuc neo-ateist və onların maskasına aldanan cəmiyyət hər fürsətdən istifadə edir. Son fürsət Rafiq Tağının ölümü olub. Rafiq Tağı bir zaman İslam müqəddəsliklərini açıq imza ilə təhqir edərək şəriət qanunları əsasında ölüm hökmü alıb. Azərbaycan hökuməti əlindəki real mexanizmlərdən faydalanaraq Rafiq Tağını dini dözümsüzlük ittihamı ilə həbs edib – dini cəmiyyətin qəzəbindən yayındırıb – qısa müddət sonra azadlığa buraxıb. Nəhayət, şəriət hökmü yaddan çıxmaq üzrə olduğu bir vaxtda Rafiq Tağı primitiv şəkildə vurulub, ölüm təhlükəsi sovuşduqdan sonra xəstəxanada dünyasını dəyişib. Bunun ardınca “54 imza” adlı bəyanat ortaya çıxıb.

Əvvəlcə bəyanat adlandırılan təxribatdan bir neçə cümlə:

“Biz aşağıda qol çəkən humanist və sekulyaristlər…

Elmə hələlik bəlli olan bir neçə minillik kültürümüzdə Şumerdən də, Misirdən də, Hinddən də nələrsə tapmaq mümkündür. Ancaq VII yüzillikdən başlayaraq biz zorla ərəb-islam kültür dairəsinə daxil edilmişik…

Ərəb yarımadasından bizə yeridilən “dinul-ərəb”ə qarşı bir neçə əsrlik ümumxalq müqaviməti göstərmişik…

Zorla müsəlmanlaşdırıldıqdan sonra da biz heç vaxt ortodoks islamı qəbul etmədik, tarixə təqib və qətl edilmiş sufilər vermişik…

Gələn il doğumunun 200 illiyini qeyd edəcəyimiz maarifçi filosof və dramaturqumuz M. F. Axundovun dinə qarşı qaldırdığı inkar bayrağı altında XX yüzillikdə, demək olar ki, bütün intellektual nəsillərimiz toplandı. O, öz inkarının bir çox yenilikləri ilə K. Marks-ı, F. Nietzsche-ni qabaqlamışdı. XX yüz illikdə bütün müsəlman Şərqində ilk dəfə biz teokratik yox, demokratik respublika qurduq!

Bu günlərdə isə, XXI yüzilliyin ikinci onilliyində bu humanizm ənənəsinin növbəti təmsilçi və daşıyıcılarından biri olan, 61 yaşlı yazıçı Rafiq Tağı iki İran ayətullahının dörd il bundan öncə çıxartdığı ölüm hökmünün icrası ilə öldürüldü. Və qətl həyata keçirildikdən dərhal sonra İrandan, həmin ayətullahın oğlu tərəfindən Azərbaycan xalqına mətbuat vasitəsilə həyasızcasına təbriknamə göndərildi…

Ziynətləri yox, niyyətləri gizlədən örtünü maska kimi cıran Rafiq Tağını biz fiziki olaraq qoruya bilməsək də, o, indi bizim üçün artıq bir simvoldur, dəyərdir, bayraqdır…

Biz sizə müraicət edirik! Uşaqlarımıza məcburi din dərsləri keçirilməsini istəyən, qadınlarımızı yenidən çadraya bürümək uğrunda küçələrə çıxan, əsərlərində quldarlıq quruluşunda yaranmış bir dini və 30 milyondan artıq soydaşımızı öz zülmü altında əsir saxlayan İranı tənqid etdiyi, Avropa dəyərlərini yaydığı üçün bir yazıçını ölümlə susduran təhlükə get-gedə böyüyür, arealı genişlənir. Dünənədək öz antipodlarını təhqir və təhdit etməklə kifayətlənənlər bu gün artıq əllərinə bıçaq götürməkdən, bir yazıçını küçənin ortasında öldürməkdən çəkinmirlər…

Ortaq gələcəyimizin İran olmasına imkan verməyək…”

Təxribatçı bəyanatı 54 nəfər imzalayıb və ilk iki imza daha maraqlıdır:

1. Ağalar Məmmədov (fəlsəfə doktoru, Azərbaycan)

2. Fəxrəddin Hacıbəyli (jurnalist, Almaniya)…

…54

Bəyanat belə başa çatır: Birləşmiş Millətlər Təşkilatına, Avrupa Şurasına, Demokratik Qərb Dövlətlərinə, İnsan Haqları Təşkilatlarına, Sərhədsiz Reportyorlara, Demokratik Dünya İctimaiyyətinə, Dünya Sənət Adamlarına, Dünya Filosoflarına, Dünya Alimlərinə və bütün vicdanlı insanlara!

Azərbaycan Respublikasından xaricdə fəaliyyət göstərən hər hansı qurumun azad söz prinsipi əsasında fikir bildirməsini “müdaxilə” sayanları qıcıqlandırmamaq üçün susduq və gözlədik ki, məmləkət daxilindən Bu 54 imzalıq təxribata etiraz edilsin, dini ayrıseçkilik salanlar qanun qarşısında məsuliyyətə cəlb edilsin. Bu 54 imzada hakimiyyətin cinayətləri sadalansaydı çoxdan tədbir görülmüşdü. Amma ölkə susdu və ya bir neçə nəfər xalqın eşidə bilməyəcəyi səslə narazılıq ifadə etdi.

Azərbaycan Respublikası nə İslam, nə şəriət, nə İran, nə Türkiyənin, məhz mövcud rejimin əsiridir. Ümid qığılcımı parlamayıb. Ziyalılar Forumu formatında söz qoyulub ortaya: ölkəni idarə edənlər tutduqları posta layiq deyil. Hakimiyyət və onun muzdurlarından başqa hamıda ümid yaranıb. Bu forumun bünövrəsində hərəkatçılıq, inqilabçılıq dayanmasa da Azərbaycanı xoşbəxt görmək istəyənlər Ziyalılar Forumu adlı qığılcımı məşələ çevirməyə borcludurlar. Bu həm xalqın, həm müxalifətin, həm dini kəsimin vəzifəsidir. Bütün qüvvələri lokallaşdırma üsulu hazırlanıb. Ziyalıar Forumuna qarşı isə heç bir taktika yoxdur və bundan sonra da olmayacaq. Azərbaycanı dünya çapında təmsil edən şəxsiyyətlərə “juliklərin” cumdurulması bunun sübutudur.

Özünü sekulyar adlandıran İslam düşmənləri də Azərbaycanın səadəti xatirinə belə bir həssas məqamda ümumi hərakatı nəzərə almalı idi. Onlar isə Rafiq Tağıya ölüm hökmü verilməsini, onun öldürülməsini, ölümlə bağlı təbrik hadisəsini təşnə vəziyyətdə gözləyirlərmiş. Bundan gözəl fürsət? Amma təkcə bumu? Təkcə dinə ikrahmı? Burada daha nazik ilmələr, düyünlər ələ dəyir. Cəmiyyətin diqqətinin “juliklərdən” yayındırılması üçün bundan təsirli nə layihə ola bilərdi? 54 imza İslamı rədd etdi, aşağıladı və şəriət baxımından özünü ölüm hökmünə hazırladı.

Haqq Yolu Elm və Mədəniyyət İnstitutu təxribatçı bəyanatı müzakirə edərək aşağıdakı nöqtələri Azərbaycan Respublikası ictimaiyyətinin nəzərinə çatdırır:

1.Azərbaycanda neo-ateizmin Axundovçuluq formatında daşıyıcılarının ilham mənbəyi xaricdir. Bəyanatın mətnindəki “Avrupa” (yazılışa diqqət edin – iranlı tələffüzü) sözü də bu bəyanatın ölkə xaricində hazırlanması ilə bağlı şübhələr yaradır. Harada İslam güclüsə Küfr də məktəb səviyyəsindədir. İran İslam İnqilabından sonra xaricə qaçmış və ya mühacirət etmiş İran marksistlərinin əksəriyyəti İslama qarşı daha qərəzli, daha qaba, daha dözümsüzdür. Bəyanatın “ilham mənbəyi təşkilatı” üçün Azərbaycan Respublikasının ağrıları – Qarabağ, yoxsulluq, işsizlik, ekologiya, orqan alveri, insan alveri yox, İrandakı dini rejimin devrilməsi marağı var. Demək, Azərbaycandakı ən qatı ateistlər də azərbaycanlı ampluasında çıxış etmir və xarici kəışfiyyat qurumlarının zövqü ilə addım atır. 54 imza arasında sonadək qüvvədə qalası da bəyanatın ilhamvericilərinin imzasıdır. Müəyyən zaman fasiləsindən sonra rüsvayçı bəyanat altında 2-3 imza qalacağına şübhə yoxdur. Təbii ki, Ağalar Məmmədov istisnadır: “Məhəmməd ərəb olaraq kimlər üçünsə necə əzizdirsə, bizim üçün də Babək, lap elə qeyri-türk olaraq, o dərəcədə əzizdir…” Deməli, Ağalar Məmmədovu türklük də İslam qədər maraqlandırmır. Onun Bəzz qalasında (İran) kök atmış maraqları var.

2. Bəyanat Azərbaycan cəmiyyəti üçün yad ruhiyyədədir:

Firudin Ağasıoğlu: “Təəssüf edirəm ki, həmin bəyanatı oxumamış orada imzamın olmasına razılıq vermişəm… Mənə yalnız o deyilmişdi ki, Rafiq Tağının 40 mərasimi ilə bağlı bir bəyanat hazırlanıb, onu göndərək baxın və imzalayın. Cavabım bu oldu ki, əgər bu müraciət Rafiq Tağının qətlinin açılması tələbi və hadisənin pislənməsidirsə, daha ona baxmağa nə ehtiyac var? Lakin bir gün sonra bəlli oldu ki, orada İslam dini ilə bağlı da mənim razılaşmadığım məqamlar var…”

Professor Əli Abbasov: ”Oradakı bəzi məqamlarla razı deyiləm, amma ümumi şəkildə sənədə imza atdım. Mən dəyərlərə qarşı çıxmağın əleyhinəyəm …”

Keçmiş baş nazir Pənah Hüseyn: “Xüsusən İslam dininin və mədəniyyətinin Azərbaycan xalqının tarixindəki rolu barədə yazılanlar heç bir elmi çərçivəyə sığmır. Bunlar elmdə və ictimai şüurda çoxdan həll edilmiş məsələlərdir. Bəyanatda imzası olan hörmətli alimlərimiz bilməmiş deyillər ki, dini inkarda Marksdan, Nitsedən qabağa getmək heç də elmdə, təfəkkürdə irəliyə doğru getmək deyil, əksinə, geriyə qalmaqdır. Bu kimi məsələlərdə Azərbaycan intellektuallarının əksəriyyəti İslamı milli-mənəvi dəyərlər kimi təbliğ edən Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, M. Ə. Rəsulzadə, Elçibəy bayrağı altında toplanmışlar. Məni narahat edən məsələ odur ki, Azərbaycan cəmiyyətində süni olaraq ”dünyəvilik" və “İslam təhlükəsi” mövzuları gündəmə gətirilir. Bununla da demokratiya, siyasi dəyişikliklər və islahatlar məsələsi bilərəkdən, ya bilməyərəkdən ört-basdır edilir".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı: “Rafiq Tağının qətlində o qüvvələr maraqlı idi ki, onlar Azərbaycan cəmiyyətində bölünmə yaranmasının tərəfdarıdırlar. Bu qüvvələr toplumsal parçalanma yaratmaq məqsədi güdürlər. Təəssüf ki, onlar müəyyən qədər buna nail ola biliblər. Cəmiyyətin ayrı-ayrı kəsimlərinin qarşılıqlı ittihamlara keçməsi diqqəti əsas hədəfdən yayındırır…”

İlahiyyatçı Altay Göyüşov: “Qazan xan, Börke xan İslamı qəbul edəndə hakim idilər, xan idilər. Yəni onlara nəyi isə zorla qəbul etdirmək mümkün deyildi, onlar özləri nəyi istəsələr, kimə gəldi zorla yedizdirərdilər. Teymuryalığın oğlu Səlcuq ki, bizim Babəkdən fərqli olaraq, şəksiz-şübhəsiz əcdadımızdır; nə yəhudi olub, nə da nestorian. O, İslamı Xocənddə qəbul edəndə, kiçik də olsa, hakim idi; yəni onun iradəsi xalqa ağalıq edirdi, kimsə ona ağalıq edə bilməzdi. Məhz onun xələfləri dövründə, başda nəvələri Toğrul, Çağrı və nəticəsi Alp Arslan olmaqla İslamın hənəfi versiyası türklərin əsas dininə çevrilir. Buralarda şiəliyi qəbul etdirən isə Şah İsmayıl olub, bu ərəb harada zor elədi axı? Bizi elə günə qoyublar ki, həqiqətdən utanırıq, ona görə özümüz haqqında yalanlar uydururuq. Tarixi dövlət yox, siyasətçilər, ideoloqlar yox, alimlər yazmalıdır”.

Fransada yaşayan Elnur Məcidli: “Məlum bəyanatda hakimiyyətin terroruna islam terroru deyilməsini etik saymıram…”

Şair Əli Xəyyam da imzasından imtina etdiyini bildirib: “Son günlər üzərində sıx danışılan Rafiq Tağının qətli ilə bağlı bəyanata imza atan 54 nəfərin içərisində mən də var idim. Amma mətni oxumadan, mərhum yazıçının ölümü və onu ölümə aparacaq amillərlə bağlı bir bəyanat olduğunu zənn edib, imzamın qoyulmasına razılıq vermişdim. Lakin mətni oxuduqdan sonra imzamdan imtina etmək qərarı almışam. Çünki qatilin kim olduğunu iddia etmək mənim yox, məhkəmənin səlahiyyətləri çərçivəsindədir. Həmçinin mətndə terroru İslam dini ilə bərabərləşdirmək fikrini də düzgün hesab etmirəm”.

3.Bəyanatda Rafiq Tağının ölümünə görə konkret tərəf ittiham olunur. Bu isə bəyanatı hazırlayanların beynəlxalq hüquq normalarını tanımaması kimi görünə bilər. Əslində isə Rafiq Tağının ölümü bəyanatın təşəbbüs qrupuna lazım idi.

4. Azərbaycanda İran aşağılananda şiələr, Türkiyə aşağılananda sünnilər, Ərəbistan aşağılananda vəhabilərin qıcıqlanması təbiidir. Bu kəsimlər dini prinsiplər əsasında məzhəbin böyük alimlərinə təqlid edir. Bu inkarolunmaz faktdır. Ölkədə sabitlik istəyən fərd və ya qurum hansısa təbəqəni qəsdən qıcıqlandırmamalıdır. Təsir əks təsir doğurur. Döymə taxta qapımı, döyməyim dəmir qapını – deyib atalar. Bu sözü Rafiq Tağının ölümünə də aid etmək olar. İki milyard müsəlmanın əqidəsini aşağlayanın cavabı adekvat olmalı idi. Maraqlıdır ki, Azərbaycanda homoseksualizmi təbliğ edənlər Rafiq Tağının müdafiəsinə qalxır. Əlbəttə ki, belələri doğma qızlarını zorlayan ataya da, dünyanın üçdə bir əhalisinin etiqadına tüpürən birinə də haqq verməlidir.

5. Bəyanata reaksiyalar arasında təxribatı, gərginliyi gücləndirənlər də az deyil. Məsələn, Fazil Mustafa təxribatçı bəyanata çıxırmış kimi Nurçu məktəbinə normal yanaşdığını vurğulayıb şiə məktəbinə hücuma keçir. Özü də yaxşı bilir ki, Türkiyə abiləri olmadan nurçuluq, İran alimləri olmadan şiəlik yoxdur.

Haqq Yolu Elm və Mədəniyyət İnstitutu 54 imza bəyanatını qeyri-humanist, Azərbaycan dövlətçiliyinə zidd, sifarişli bir addım kimi pisləyir və bu bəyanata qarşı çıxanları düşünülmüş addım atmağa, milli birliyi pozacaq emosional çıxışlara yol verməməyə dəvət edir.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jan 09