Bu ayın sonunadək Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüşünün keçirilməsi gözlənilir
well/Aran agentliyi
Bu ayın sonunadək Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüşünün keçirilməsi gözlənilir.
SalamNews-un məlumatına görə, bu barədə erməni mətbuatı diplomatik mənbəyə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, görüşün Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Soçidə keçirilməsi planlaşdırılır. Görüş zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.
Xatırladaq ki, 2008-ci ildən bəri Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli formatda 9 görüşü olub. Onlar 2011-ci il martın 5-də Soçidə və iyunun 24-də Kazanda iki dəfə danışıqlar aparıblar.