İnsan haqları müdafiə təşkilatı “Amnesty İnternational” 2011-ci il ərəb ölkələrində inqilablar haqda hesabatında regionda etiraz aksiyaları keçirənləri ...
well/Aran agentliyi
İnsan haqları müdafiə təşkilatı “Amnesty İnternational” 2011-ci il ərəb ölkələrində inqilablar haqda hesabatında regionda etiraz aksiyaları keçirənləri alqışlayaraq bildirib ki, onlar dəyişiklik əldə etmək üçün beynəlxalq aləmdən daha çox nailiyyət əldə ediblər.
Politoloq Zərdüşt Əlizadə mövzuya münasibət bildirərək "Ərəb baharı"ndan sonrakı durumu və Avropa ölkələrinin durumunu dəyərləndirib: "Kəskin vətəndaş qarşıdurması şəklində təzahür edən hadisələr bir qrupun qələbəsi ilə nəticələnibsə, digər qrupun hüquqları kobud şəkildə pozulub. Heç kəsə sirr deyil ki, Qəzzafinin tərəfdarları da var idi, amma Qəzzafinin tərəfdarlarına qarşı indi düşmən münaibəti bəslənilir. Bəşər Əsədin tərəfdarları Suriyada çoxdur, yüzminlərlədir. Əgər üsyançılar qalib gəlsə, onların vətəndaş hüquqları tapdalanacaq, onları heç kəs saymayacaq. Yəni qədim bir deyimdə deyildiyi kimi, "vay uduzanın halına".
Digər tərəfdən, hakimiyyətin müxalif qüvvələrin, bir qrup qüvvənin əlinə keçməsi o demək deyil ki, geniş xalq kütlələri birdən-birə cənnətə düşəcək. Bu halda iqtisadi vəziyyət daha da ağırlaşır. Məsələn, mən 2 gün bundan qabaq ərəb saytında oxuyuram ki, 3 dənə böyük supermarketi olan misirli özünü yandırıb. Nəyə görə? çünki turistlər yoxdu, o iflas olub. Deyilənə görə, ərəb ölkələrinin iqtisadiyyatına 60 milyard ziyan dəyib. Hələlik çıxış yolu da görünmür, çünki iqtisadi inkişaf yoxdur, turizm bərbad vəziyyətdədir. Yəni ola bilər ki, bu səmərəsiz, rüşvətxor bir zümrənin hakimiyyətdən getməsilə nəticələnir, amma hakimiyyətə gələn zümrə yenə hansısa bir səmərəli hakimiyyət nümunəsi göstərmir. Misal üçün, Liviyada hakimiyyətin başında olan Mustafa Əbdül Cəlil Qəzafinin vaxtında Ədliyyə naziri idi. Onun əlini öpən, ona yaltaqlanan insanlar indi birdən-birə gəlib özlərini demokrat, Qərb dəyərlərinin daşıyıcıları elan edirlər.
Avropanın özündə isə dərin böhranlar var. Maliyyə, iqtisadi, işsizlik dərəcəsinin artması kimi problemlər ciddidir və Avropanın heç cür örnək kimi təqdim etməyə imkan vermir".
Deyerler.Org