Tarix : 2012 Jan 10
Kod 27868

Namaz otağına görə rüşvət

Moskvanın Lefortov bazarındakı qalmaqalın əks-sədası bütün ölkəyə yayılıb
well/Aran agentliyi

 

Rusiyanın paytaxtı Moskva şəhərinin Lefortov bazarında qalmaqallı hadisənin sorağı bütün ölkəyə yayılıb. İnsident yeni il ərəfəsində baş versə də bu haqda məlumat yalnız indi mətbuata sızıb. İlkin məlumata görə, ötən ilin dekabr ayının sonunda ekstremizmlə mübarizə aparmalı olan bir neçə polis Lefortov bazarına gələrək buradakı namaz otağını yoxlayıblar.Polislər yoxlamadan sonra buranın qanunsuz tikildiyini iddia ediblər.

Onlar ticarətçilərin öz aralarında bir milyon rubl yığaraq verəcəkləri təqdirdə “problemi” yoluna qoyacaqlarına dair söz veriblər. Lefortov bazarında ticarətlə məşğul olan şəxslər öz aralarında 500 min rubl yığaraq polislərə veriblər. Polislər isə pulu götürərək yerdə qalan məbləğin arxasınca bir neçə gündən sonra gələcəklərini bildirərək gediblər.Ancaq ticarətçilər polislərin qayıtmalarını gözləməyərək prokurorluğa şikayət ediblər. Prokurorluqda isə hadisə ilə bağlı cinayət işi qaldırılıb. Namaz otağının yoxlanılmasında iştirak edən polis işçilərinin şəxsiyyəti müəyyənləşdirilib. Onların hər birini günahları sübuta yetiriləcəyi təqdirdə 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

  • Yazılıb
  • da (də) 2012 Jan 10