Tarix : 2012 Jan 11
Kod 27881

Azərbaycan DSX rəisi İranın Sərhəd Qoşunları komandanının sözlərinə reaksiya verib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi İranın Sərhəd Qoşunları komandanının dünənki sözlərinə reaksiya verib
well/Aran agentliyi

 

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi İranın Sərhəd Qoşunları komandanının dünənki sözlərinə reaksiya verib. Elçin Quliyev deyib: "İranın Sərhəd Qoşunlarının komandanı bizimlə görüşə gəlmir"

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev APA-ya deyib ki, sərhədlərdə baş verən məsələ ilə bağlı müzakirələr aparmaq üçün İran Sərhəd Qoşunlarının komandanı, general Zülfüqarini sərhəddə görüşə dəvət etdim. Üstündən bir neçə ay keçməsinə baxmayaraq O, hələ də görüşmək istəmir. Onun görüşə gələ bilməməsininin səbəbi bizim üçün də aydın deyil.

İranın Sərhəd Qoşunları komandanı general Hüseyn Zülfüqari ötən gün jurnalistlərlə müsahibədə Azərbaycan Respublikasının sərhəd məmurlarından istəmişdi ki, öz funksiyalarında sədaqətli olsunlar və rəftarları sözləri ilə eyni olsun.

İranın Sərhəd Qoşunları komandanı dünən xatırladıb ki, Elçin Quliyevin görüşlə əlaqədar müraciətinə cavabdan öncə Azərbaycan Respublikası sərhədçiləri ötən il iki sərhəd hadisəsi qarşısında həyata keçirilməli olan işləri ən azı minimum həddə yerinə yetirməlidirlər.

Qeyd etmək lazımdır ki, Zülfüqari ötən gün müsahibəsində deyib ki, ötən il Azərbaycan Respublikasının 3 sərhədçisi silahlı şəkildə İran torpağına daxil olublar və İran sərhədçilərinin "dur" göstərişinə diqqət yetirməyiblər. Nəticədə onlarda biri təkcə bir güllə ilə həlak olmuşdu. Bir neçə ay öncə də İran əsgərlərindən biri silahlı olmadığı şəkildə Azərbaycan Respublikası torpağına girdikdən sonra öndən və arxadan 14 güllə ilə həlak olmuşdu. Bu hadisənin hər ikisində Azərbaycan Respublikası sərhədçiləri beynəlxalq qanunlara riayət etməmişdilər və bu, Azərbaycan Respublikasının sərhəd ekspertləri tərəfindən də təsdiqlənib.

İran İslam Respublikası Sərhəd Qoşunları komandanı eyni zamanda istəyib ki, iki ölkə sərhədçilərinin anlaşmaları çox güclü olmalı və Azərbaycan Respublikası sərhədçiləri işdə sədaqətli olmalıdırlar

  • Yazılıb
  • da (də) 2012 Jan 11