Tarix : 2012 Jan 11
Kod 27882

Bakı Şəhəri İcra Hakimiyyəti də namaza qadağa qoyub

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı iş yerində namaz qılmağa qadağa qoyub
well/Aran agentliyi

 

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı iş yerində namaz qılmağa qadağa qoyub. Bu barədə "Qafqazinfo"ya meriyanın əməkdaşları məlumat verib.

Onlar bildiriblər ki, mer H. Abutalıbov işçilərin bəzilərinin iş yerində namaz qıldığını görüb və bundan ciddi şəkildə əsəbiləşib. İbadət edən şəxsləri yanına çağıraraq, iş vaxtı namaz qılmamaqla bağlı xəbərdarlıq edib. Bakı meri bunu işdə nizam-intizamın pozulması kimi qiymətləndirib. H. Abutalıbov meriyadaxili qərarına etiraz edə biləcək istənilən şəxsi işdən çıxaracağını açıqlayıb.Qeyd edək ki, "Dini etiqad və vicdan azadlığı" haqqında qanuna əsasən Azərbaycanda hər kəsin öz etiqadını sərbəst şəkildə yerinə yetirmək hüquq tanınır.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 11