well/Aran agentliyi
Azərbaycanda İslamla bağlı baş verən hadisələr təxribat xarakterlidir – H.Herisçi
Müəyyən xarici qüvvələr İslama qarşı təxribat yaratmaqla Azərbaycanda vəziyyəti gərginləşdirmək niyyətindədir. Bu barədə SalamNews-a İctimai Palatanın üzvü Hacı İlqar İbrahimoğlunun nümunəsində “İslamın və demokratiyanın uzlaşmaması haqqında” tezisi şərh edən publisist, yazıçı Həmid Herişçi bildirib.
O deyib: “Hacı İlqar İbrahimoğlu Azərbaycanın müxalifətyönlü mətbuatında demokratiya nöqteyi-nəzərindən İslam mövzusunu ortaya atan ilk şəxslərdən biridir. İctimai Palatanın tərkibində “demokratik və İslam qüvvələrini tandemi” yarandığı andan etibarən dini nüfuzdan salmağa, həmçinin, demokratiya və İslamın birgə mövcud ola bilməyəcəyi ilə bağlı fikri əsaslandırmağa yönəlmiş bir sıra təxribatlar meydana gəldi. Hesab edirəm ki, Azərbaycanda son zamanlar İslamla əlaqəli baş verən hadisələr təxribat xarakterlidir”.
Onun fikrincə, təxribatın yaranmasında maraqlı olan xarici qüvvələr, hətta ölkə daxilində yürüdülən siyasətlə belə hesablaşmırlar.
Yazıçının sözlərinə görə, Sumqayıtda və Xocalıda baş verən hadisələr məhz xarici qüvvələrin təşəbbüsü ilə həyata keçirilib: “Bu ermənilər, yaxud azərbaycanlılar tərəfindən deyil, məhz üçüncü qüvvələr tərəfindən törədilib. Bu cür təxribatlarla Sovet quruluşu və xalqlar dostluğu anlayışları məhv edildi. Xarici ölkələr respublikaların daxilində saboitliyin yaranmasında maraqlı deyil. Bu cür ənənənin İslama qarşı da yönəlib”.