Tarix : 2012 Jan 11
Kod 27888

ABŞ GÜRCÜSTANDA HƏRBİ HOSPİTALLAR TİKİR

Bunun İranla gözlənilən müharibəyə hazırlıq olduğu haqda bilgilər var
well/Aran agentliyi

Qəzetimizə daxil olan məlumata görə, ABŞ Qafqaz regionunda İranla mümkün müharibəyə genişmiqyaslı hazırlıq işləri görür. Adının çəkilməsini istəməyən diplomatik mənbənin sözlərinə görə, prezident Saakaşvilinin birbaşa nəzarəti altında Gürcüstanın bütün regionlarında xüsusi əhəmiyyətli, müasir avadanlıqlarla təchiz olunmuş (hər hospitalda 20 çarpayı) 150 hərbi hospital tikilir. Mənbənin bildirdiyinə görə, paralellər aparılsa, ABŞ-da da hərbi hospitalların məhz bu tipdə tikildiyini müşayiət etmək olar. Mənbənin məlumatına görə, ABŞ-la İran arasında mümkün olan müharibəyə hazırlıq görmək məqsədi ilə Dövlət Departamenti rəsmi Tiflisə 5 milyard dollar ayırıb.

Mənbənin məlumatını təsdiqləyən Gürcüstandakı mənbələrimiz həmçinin bildirir ki, Kulevi şəhərində amerikalı hərbi mütəxəssislərin rəhbərliyi altında sualtı qayıqlar üçün strateji obyekt olan dəniz limanı tikilir. Gürcüstanın Lazika şəhəri isə artıq “strateji şəhər” elan olunub. Burada ABŞ hərbi bazaları yerləşdirilir. Qeyd edək ki, digər məlumata görə, azərbaycanlıların kompakt yaşadığı Marneulidə məxfi aerodrom tikilib. Gürcüstandakı mənbəmizin məlumatında o da vurğulanır ki, Rusiya tərəfi artıq Kulevi və Anakliya şəhərlərində məxfi hərbi obyektlərin tikintisinə görə Tiflisə narazılığını bildirib: “Gürcüstan partlamağa yaxın olar çəlləyi xatırladır. Bir tərəfdən açıq işləyən amerikalılar və ingilislər, digər tərəfdən ölkə rusların Baş Kəşfiyyat İdarəsinin agentləri ilə doludur”. Qeyd edək ki, Gürcüstan Qafqaz regionunda rusların əks-kəşfiyyatlarına qarşı açıq mübarizə aparan ilk ölkədir. Bəzi məlumatlara görə, hazırda Gürcüstanda 5 minə yaxın amerikalı hərbçi və texniki mütəxəssislər var.

Mövzuya qayıdacağıq.

HAMLET

  • Yazılıb
  • da (də) 2012 Jan 11