Tarix : 2012 Jan 11
Kod 27889

Qara şəhərin qara camaatı

Əliyev hakimiyyəti həqiqətən Qara şəhərin qara günə düşmüş qara qul kimi rəftara məruz qalan qara camaatını zülm vermək üçün növbəti hədəf seçib
well/Aran agentliyi

 

Əliyev hakimiyyəti həqiqətən Qara şəhərin qara günə düşmüş qara qul kimi rəftara məruz qalan qara camaatını zülm vermək üçün növbəti hədəf seçib.

Bakı Ağ Şəhər layihəsinin “ağ üzü”ndən, xoş tərəflərindən keçən dəfə bəhs etmişdim. Növbə gəldi Qara şəhərin sakinlərinin gününü qara edən Ağ Şəhərin başqa, qara üzünə. Layihənin həyata keçirilməsi bir neçə sualın cavablandırılması baxımından da önəmlidir. Büdcə pulları nə qədər, hara necə xərclənəcək ? Layihənin iqtisadi əsaslandırılması nə dərəcədə yetərli hesab edilə bilər ? Vətəndaşların mülkiyyət hüquqları necə tənzimlənəcək?

Əslinə qalsa sonuncu sual olmamalıdır, çünki belə məsələlərdə probmlemləri nizamlayacaq qanunvericilik bazası var, reallıqda isə ən kəskin problem elə məhz sadə, məzlum, müdafiəsiz, kimsəsiz, arxasız, YİYƏSİZ vətəndaşların mülkiyyət hüquqları ilə bağlı müşküldür.

Belə ki, Ağ Şəhər layihəsinin icrası ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti Qara şəhərdə (yəni Ağ Şəhərin salınacağı ərazi) mövcud olan NZS yaşayış massivini sökmək niyyətindədir. Əvvəla soruşulmalıdır ki, niyə Neft Şirkəti ? Bu şirkət Əzrayıldır, terror təşkilatıdır, ev yıxandır nədir ? Kim onlara ixtiyar verib millətin evini başına uçursun?

Özü də bu Şirkətin birinci kampaniyası deyil. Bundan əvvəl Sulutəpədə, Romanıda, Suraxanıda, Sabunçuda və Xəzər rayonunda da millətin evini söküb cammatı yiyəsiz və lazımsız canlı məxluq kimi töküb küçələrə. İndi də növbədə NZS qəsəbəsinin məzlum və aciz vətəndaşların mülkləridir.

Neft şirkəti guya özünü hüquqi baxımdan sığortalamaq üçün Xətai rayon ” Ağ Şəhər layihəsinin icrası ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti Qara şəhərdə (yəni Ağ Şəhərin salınacağı ərazi) mövcud olan NZS yaşayış massivini sökmək niyyətindədir. Əvvəla soruşulmalıdır ki, niyə Neft Şirkəti ? Bu şirkət Əzrayıldır, terror təşkilatıdır, ev yıxandır nədir ? Kim onlara ixtiyar verib millətin evini başına uçursun ? “ məhkəməsinin söküntü ilə bağlı qətnaməsini də çıxartdırıb. Çıxartdırıb sözünü nahaq yazmıram, çünki Azərbaycanda məhkəmə daha doğrusu azad, müstəqil, ədalət və qanunun aliliyini gözləyən məhkəmə yoxdur.

Sakinlərə rəsmi surətdə təqdim edilən Xətai rayon məhkəməsinin qətnaməsində vətəndaşlar üzərinə məhkəmə tərəfindən qoyulan vəzifədə deyilir : “Öz hesabınıza evi sökürsünüz, evin yerini təmizləyib təhvil verirsiniz, 100 manat məbləğində cərimə ödəyirsiniz”. Sadə xalqın, müdafiəsi olmayan vətəndaşların hakimiyyət tərəfiindən alçaldılmağın, təhqirə məruz qoymağın həddini görürsünüzmü?

Bu evlər 1953-1963-cü illərdə, Sovet hökumətinin dövründə tikilib. Allahsızlığı rəsmən dövlət ideologiyası kimi qəbul edən Sovet hökuməti bu vətəndaşlara “evinizi sökün” deməyib və özü də onların evlərini sökməyib. İndi olduğu kimi o zamanlar da bu ərazilər Dəmiryol İdarəsinin balansında olub.

İndi söküntü işlərinin ərəfəsidir, hakimiyyət hələlik evləri söküləcək vətəndaşları psixoloji cəhətdən “hazırlayır”, onlara evlərinin söküləcəyini, əvəzində heç bir konpensasiya verilməyəcəyini, əksinə cərimə olunacaqlarını, özlərini isə küçəyə atacaqlarını bildirir.

Sakinlər isə özləri demiş “başlarına haranın daşını tökəcəklərini” bilmirlər. Yüzdən çox ailələrdə arasında körpəsi, xəstəsi, yaşlısı, hamiləsi və s. olanlar da var ki, hər yerdən əlləri üzülüb. Prezidentə, Milli Məclisə yazdıqları saysız hesabsız məktublara və şikayətlərə heç bir reaksiya verilmir. Onu da qeyd edim ki, Ağ Şəhər layihəsi ilə bağlı NZS yaşayış massivinin sakinləri evləri başına uçurulacaq sonuncu zərərçəkənlər deyil.

Ekspertlərin fikrincə dünya praktikasında belə meqalayihələr həyata keçirilməzdən öncə layihənin iqtisadi pasportu cəmiyyətə təqdim edilir və müzakirələr üçün açıq elan edilir. İqtisadi pasportda göstərilir ki, layihəyə nəqədər vəsait xərclənəcək, qoyulan investisiyalar nə qədər yeni daimi iş yerlərini açılışına səbəb olacaq, Ölkə iqtisadiyyatının artımına hansı təsirləri olacaq, ” Hələlik layihə icra olunacaq yaşayış massivlərindən NZS qəsəbəsinin sakinlərinin evlərini başlarına uçurdulması tədbirlərinə hazırlıq işləri gedir. Dişilə, dırnağılə 30-40 ilə bir ev ərsəyə gətirən sadə, məzlum, kasıb heç sevinməyə macal tapmadan, Əliyev rejimi onun evini başına uçurub cəhənnəm əzabını bu dünyada ona dadızdırırlar. “ vergi yığımının artımına hansı təsirləri olacaq.

Bundan sonra şirkətlər lahiyədə iştirak etmək üçün təkliflərinin təqdimatı yarışına girirlər. Ancaq Azərbaycan reallığında prezident Əliyevin də iştirak etdiyi təqdimat mərasimində heç bir əsaslı suallara cavab tapılmadı. Bu suallar layihənin səmərəliliyi, tam olaraq hansı ərazini əhatə etdiyini, bu layihə çərçivəsində əhaliyə hansı ziyan dəyəcək, sakinlərin köçürülməsi və s.

məqamlar Ağ Şəhər layihəsinin qaranlıq tərəfləri olaraq qaldı. Prezident Əliyev çıxışında layihənin infrastrukturunun dövlət hesabına maliyyələşdirilməsini, inşaat işlərində isə yerli və xarici kapitalın cəlb edilmıəsini bildirmişdi.

Ekspertlərin fikrincə isə xaric kapital adı ilə əslində isə elə Əliyev hakimiyyətinin nümayəndələrinə məxsus olan, xarici offşor zonalardan gəlmiş şirkətlərin bu investisiyanı yatıracaq. Buna nümunə kimi Azərfon MMC şirkətinin sahibi offşor zona – Panamada qeydə alınmış 3 şirkəti misal göstərmək olar ki, onların da sahiblərinin sonradan Əliyevin qızları olduğu üzə çıxdı.

Yanacaq sahəsində fəaliyyət göstərən trans milli korporasiyalar istisna olmaqla həqiqi xarici ciddi investorlar isə Azərbaycanda maliyyə yatırımları etməz. Çünki Azərbaycan investorların hüquqlarının və iqtisadi azadlıqlarının qorunması reytinqində çox aşağı yerdədir, bazara dövlətin süni müdaxiləsinə yol verərək sağlam rəqabətin məhv edildiyi ölkədir. Ona görə də dövlət təminatı olmadan heç bir xarici investor bu kimi layihələrə yatırm etməyəcək, xarici şirkət adı ilə Əliyev hakimiyyətinin korrupsiya yolu ilə əldə etdiyi milyardlar offşor şirkətlərin sərmayəsi qismində Ölkəyə gətiriləcək.

Hələlik layihə icra olunacaq yaşayış massivlərindən NZS qəsəbəsinin sakinlərinin evlərini başlarına uçurdulması tədbirlərinə hazırlıq işləri gedir. Dişilə, dırnağılə 30-40 ilə bir ev ərsəyə gətirən sadə, məzlum, kasıb heç sevinməyə macal tapmadan, Əliyev rejimi onun evini başına uçurub cəhənnəm əzabını bu dünyada ona dadızdırırlar.

Elə bil Əliyev hakimiyyəti həqiqətən Qara şəhərin qara günə düşmüş qara qul kimi rəftara məruz qalan qara camaatını zülm vermək üçün növbəti hədəf seçib.

İslamtimes - Julian Assange

wikileaks.az@mail.ru

  • Yazılıb
  • da (də) 2012 Jan 11