Tarix : 2012 Jan 12
Kod 27895

Nahaqqın üzünə baxıb haqqı deyənlər

Sən demə bu ölkədə bütün silahı və narkotiki dindarlar “fırladırmışlar
well/Aran agentliyi

 

Düz altı ay bundan qabaq bir gündə iki nəfəri həbs etdilər.

Avqust ayının 11-i həbs edilən bu iki şəxs hələ də MTN-in “padvalında” saxlanılır.

Deyə bilərsiniz ki, gündə nə qədər adam həbs olunur. Amma bu iki şəxs o “nə qədərlərdən” bir qədər də fərqlənir.

Çünki bunlardan biri hər zaman nahaqqın üzünə baxıb haqqı deyən ruhani, digəri isə ölkədə baş verən hadisələri operativ və obyektiv işıqlandıran saytın baş redaktoru.

Bəli söhbət ruhani hacı Abgül Süleymanov və İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramovdan gedir.

Hacı Abgül və Hacı Raminə qədər ruhanilərin həbsi olmuşdu. Hələ yanvar ayında AİP sədri Mövsüm Səmədov, Seyyid Fəramiz Abbasov, Hacı Rufulla Axundzadə və onların “cinayət işini” ağırlaşdırmaq üçün “çujoy-paxmel” gedən Hacı Mövsümün əmisi oğlu Dəyanət və qaynı Firdovsi.6 may hicab aksiyasında da tutulanlar içərisindən ələnərək seçilən Hacı Tale Bağırov.Bu saydıqlarımın “günahı” ortada idi.

Hacı Mövsüm hicabı müdafiə edib “günah” qazanmışdı və onunla birlikdə həbs olunan ruhanilər də həmçinin.

İndi də keçək Hacı Abgül və Raminin həbsinə.

Əvvəlcə başlayaq hacı Abgüldən. Hacı Abgül hələ birinci hicab aksiyasından qabaq “kameralara” düşmüşdü. Üstəgəl onun təhsilini Qum Elm Hövzəsində artırmaqda olduğunu nəzərə alsaq “tuthatutda” mütləq getməli idi.

Hətta bir ara Hacı Abgülün həbsini “gecikmiş” kimi qiymətləndirənlər də oldu. Guya ruhanilərin həbsi o qədər legitim bir işdir ki, hacı Abgülə bundan mütləq pay çatmalı imiş. Qəribəsi isə odur ki, həbs ediləndən sonra 6 aydır MTN-in “padvalındadır.”

İttiham isə lap gülüncdür. Silah və narkotik. Sən demə bu ölkədə bütün silahı və narkotiki dindarlar “fırladırmışlar.”

Bu belə...İndi də keçək Ramin Bayramova. Hətta AİP üzvləri və ruhanilərin cinayət işində belə adı keçən İslamazeri.az saytının baş redaktoru niyə həbs edilməli idi? Nəzərə alsaq ki, ölkədə son dövlərdə islamofobiyanın genişləndiyi bir dönəmdə İslamazeri.az-ın fəaliyyəti hər zaman öndə olub. Yəni istər Fatimeyi-Zəhra(ə) adına olan məscidin sökülməsinə qərarın verildiyi zaman, istərsə də hicab aksiyalarında hazırlanan materiallar İslamazeri.az kimi “barieri” tezliklə aradan qaldırmaq zərurəti yaradırdı. Nəzərə alsaq ki, Ramin Bayramovla Abgül Süleymanov həm də bacanaqdır.

Hələ AİP üzvləri və ruhanilərin “cinayət işində” qohumluq əlaqələrini “cinayət işinə” əlavə eləmək məharətinə sahib olan hüquq mühafizəçiləri üçün Abgül Süleymanovla Ramin Bayramovu eyni gündə tutmaq daha əlverişli idi.

Sonradan Abgül Süleymanova qarşı qurulacaq ssenariyə Raminin salınıb-salınmaması məsələsi isə hələ qalırdı.

Əsas məsələ AİP üzvlərinin məhkəməsinin getdiyi bir vaxtda İslamazeri.az-ı zəiflətmək idi. Raminin həbsindən sonra saytın ofisində aparılan axtarışlar və bu günə qədər qaytarılmayan avadanlıqlar da bu ssenarinin tərkib hissəsinə daxildir.

P.S. Bu gün həm hacı Abgülün həm də Raminin həbsindən 6 ay ötür. Ötən 6 ay ərzində itirilən və qazanılan nə olub. Hələ ki, ictimaiyyət hacı Abgül kimi bir ruhaninin moizəsindən məhrum olsa da İslamazeri.az internet qəzeti Hacı Raminin yoxluğunu hiss etdirməməyə çalışır. Amma nə qədər çalışsaq da Ramin aramızda olmayanda...

 İslam-Azeri

 

  • Yazılıb
  • da (də) 2012 Jan 12