Tarix : 2012 Jan 12
Kod 27897

Rusiyada azərbaycanlılarla yerli sakinlər arasında atışma olub

Rusiyanın Sverdlovsk vilayətinin Talitsk rayonunda azərbaycanlılarla yerli sakinlər arasında kütləvi dava baş verib
well/Aran agentliyi

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dava zamanı odlu silahdan istifadə edilib, hər iki tərəfdən xəsarət alanlar olub. Polis insidentin milli zəmində baş verdiyini inkar etsə də, azərbaycanlılar bunun əksini bildirirlər.

Hadisə yanvarın 2-nə keçən gecə olsa da, bu barədə məlumat bu gün yayılıb. İnsident yerli “Rublyovka” kafesində baş verib. Sərxoş müştərilərlə kafenin sahibi, azərbaycanlı Seyfulla Həbibov arasında başlayan mübahisə davaya çevrilib. Sərnişinlər daha sonra silaha əl atıb atəş açmağa başlayıblar.

Onlar məni və oğlumu döyüb, azərbaycanlılara Rusiyada yer olmadığını qışqırırdılar. Biz canımızı qurtarmaq üçün pəncərədən tullanaraq meşəyə doğru qaçdıq”, - deyə S. Həbibov bildirib.

S. Həbibov onu da əlavə edib ki, xəstəxanaya müraciət etdikdə, onlara tibbi yardım göstərilməsindən də imtina olunub.

Lakin polisin rəsmi versiyası S. Həbibovun sözlərindən bir qədər fərqlənir. Rəsmi açıqlamaya görə, tərəflər kafedə stol üstündə mübahisə ediblər. O da bildirilir ki, davada yerli sakinlər arasında da xəsarət alanlar olub.

Hadisəyə görə hələlik saxlanılan olmayıb.

  • Yazılıb
  • da (də) 2012 Jan 12