Tarix : 2012 Jan 12
Kod 27898

Ramin Bayramovun istintaqı yekunlaşdı

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan “İslamazeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun istintaqı yekunlaşır
well/Aran agentliyi

 

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan “İslamazeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun istintaqı yekunlaşır

Jurnalistin vəkili Ramil Məmmədov İslamazeri.az-a açıqlamasında deyib ki, yanvarın 9-da sonuncu dindirmə olub. Vəkil bildirdi ki, Ramin Bayramovun ifadəsi alınıb və ona qarşı heç bir ağırlaşdırıcı ittiham olmayıb. “Ümid edirik ki, qaldıracağımız vəsatətlər yüngülləşdirici hal yaradacaq”.

Ramin Bayramovun vəkili onu da əlavə etdi ki, hazırda prokuror iş materialları ilə tanış olur: “Bundan sonra isə iş materialları müdafiə tərəfinə təqdim olunacaq”. Vəkil Ramin Bayramovun səhhətindən və saxlandığı şəraitdən heç bir şikayəti olmadığını deyib.

Xatırladaq ki, İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov avqustda həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır. Respublika Narkoloji Dispanseri Ramin Bayramov haqqında rəy verib. Rəyə görə, o, narkotik maddə istifadəçisi deyil. “İslamazeri.az”

 

  • Yazılıb
  • da (də) 2012 Jan 12