Anar Qasımlı Azərbaycan İslam Partiyasının həbsdəki sədri Mövsüm Səmədov və partiyanın digər funksionerləri ilə görüşüb
well/Aran agentliyi
Anar Qasımlı Azərbaycan İslam Partiyasının həbsdəki sədri Mövsüm Səmədov və partiyanın digər funksionerləri ilə görüşüb. Partiyanın mətbuat xidmətindən İslamazeri.az-a daxil olan məlumata görə, görüşdə həbs olunanların saxlanma şəraiti, səhhəti və ümumi vəziyyət haqqında məlumat verən A.Qasımlı Vaqif Abdullayev və Rufulla Axundzadə barəsində bunları deyib: “Həm Vaqif Abdullayev, həm də Rufulla Axundzadə özlərini yaxşı hiss edirlər.
Onlar tibb məntəqəsində müalicə alırlar. Əvvəl səhhətlərində problem yaranmışdı, amma indi normallaşıb”. A.Qasımlı islamçıların apelyasiya məhkəmələri haqqında da məlumat verib: “Biz apelyasiya şikayəti vermişik. Məlum səbəblərə görə, apelyasiya şikayətinə baxılmaqda gecikmələr olub. Ona görə də növbəti məhkəmə iclası fevralın 29-a təyin olunub”. Sonra partiya funksionerləri həbsləri pisləyib və qanunsuz olduğunu bildiriblər: “Hesab edirik ki, bu həbslər qanunsuz və siyasi sifarişdir. Ona görə də həbs olunan islamçıların tezliklə azad olunmalarına ümid edirik”.