Tarix : 2012 Jan 12
Kod 27907

Əli Laricani:Türkiyə və İranın Azərbaycan xalqının haqqına qovuşması üçün oynaya biləcəyi siyasi ...

ran parlamentinin spikeri Əli Laricani Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq mövzuya çevrildiyini bildirib
well/Aran agentliyi

 

"Biz əvvəllər də bildirmişik ki, münaqişənin nizamlanmasında hər kəs müzakirələrlə öz haqqına qovuşmalı və bir ölkənin ərazi bütövlüyünə xələl gətirilməməlidir", - Laricani Türkiyəyə səfəri öncəsi KİV-ə açıqlamasında deyib. Bu barədə Türkiyənin "Radikal" qəzeti məlumat verib.

Onun sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır. "Əvvəllər də münaqişənin nizamlanma yolları haqqında təkliflər vermişik", - spiker qeyd edib.

Laricani bildirib ki, Türkiyə və İranın Azərbaycan xalqının haqqına qovuşması üçün oynaya biləcəyi siyasi rol bir-birinə yaxındır. Spriker onu da əalvə edib ki, bu, müəyyən bir yerə qədər bir-birinə yaxındır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Trend

  • Yazılıb
  • da (də) 2012 Jan 12