Yanvarın 13-də Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Abgül Süleymanovun həbs müddətinin uzadılmasından verilən şikayətə baxılacaq
well/Aran agentliyi
Yanvarın 13-də Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Abgül Süleymanovun həbs müddətinin uzadılmasından verilən şikayətə baxılacaq.
Şikayəti hakim Faiq Qasımov araşdıracaq. Səbail Rayon Məhkəməsi 2011-ci il dekabrın 27-də Abgül Süleymanov haqqında həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasına qərar verib. İstintaqı aparan Milli Təhlükəsizlik Nazirliyi həbs müddətinin uzadılmasına əsas kimi Abgül Süleymanovun “İslamazeri.az” saytının baş redaktor Ramin Bayramovun işi üzrə şahid qismində ifadə verməli olduğunu göstərib.
Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) günahlandırılır.
islamazeri