Tarix : 2012 Jan 13
Kod 27922

Azərbaycan Respublikası Müdafiə Naziri hesabat verməlidir!

Yaşar Cəfərli: ''Müdafiə nazirinin uzun müddət vəzifədə qalması cəmiyyətdə qıcıq yaradır''
well/Aran agentliyi

 

Azərbaycan Respublikasının FaktXeber.com saytının verdiyi məlumata görə, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin monitorinqinə dair hesabatı açıqlayıb. Nəzərə alsaq ki, həlak olan və yaralanan hərbçilərin əksəriyyəti qeyri döyüş şəraitində bədbəxt hadisə zamanı xəsarət alaraq dünyalarını dəyişiblər. Dünya təcrübəsindən məlumdur ki, hər hansı münaqişə tərəfləri arasında atəşgah rejimi elan olunursa, hər ikin tərəfdə itkilərin sayı minimum səviyyəyə enməlidir. Lakin Azərbaycanla bağlı göstəricilər ölkənin müharibə şəraitində olmasından xəbər verir. Keçən il ərzində 97 hərbçinin həlak olması hərbiçilərin təhlükəsizliyinin hansı səviyyədə olmasının ən bariz nümunəsidir.

“Atəşkəs dövründə kifayət qədər hərbçinin bədbəxt hadisələrlə üzləşməsinin səbəbi nədir”?, - sualına aydınlıq gətirən Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) prezidenti, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli, atəşkəs dövründə itkilərin azalmasının qaçılmaz olduğunu bildirdi: “Hərbi büdcənin artması, ölkənin iqtisadi cəhətdən inkişaf etməsi və eyni halda ordu rəhbərliyindəki şəxslərin uzun müddət bu vəzifələrdə çalışması hərbidəki itkilərin azalmasına səbəb olmalı idi. Lakin bu göstərici əksinədir. Çox təəssüf ki, bu günə qədər orduda olan bədbəxt hadisələrlə bağlı proseslər davam edir. İldə bir dəfə nazirin dəyişdirilməsi və atəşkəs rejiminin olmaması hazırkı durumdan daha yaxşıdır.”

Rəsmilərin dediklərindən fərqli olaraq günü-gündən cəmiyyətin orduya qarşı inamının itdiyini qeyd edən Y.Cəfərli, bu günə qədər orduda baş verən cinayət hadisələrinə görə yalnız aşağı vəzifəli şəxslərin cəzalandırıldığını bildirdi: “Nadir hallarda yüksək vəzifəli hər hansı bir şəxs cəzalandırılmış olsun. Həmişə ya tağım komandiri həbs olunur, ya da ki, nadir hallarda bölük komandiri.”

Bir neçə müddət bundan əvvəl “orduda baş verən cinayətlərə görə, ən çox kim məsuliyyət daşıyır?” adlı sorğu keçirdiklərini qeyd edən hərbçi ekspert, “sorğunun nəticələrinə uyğun olaraq respondentlər birinci müdafiə naziri, ikinci isə ali baş komandana səs vermişdilər”, - deyə bildirdi: “Müdafiə nazirinin uzun müddət vəzifədə qalması cəmiyyətdə qıcıq yaradır. Şəhid olmuş hərbçilərin dəfn mərasimlərinin keçirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Bu günə qədər xatırlamıram ki, hər hansı bir ordu generalı baş vermiş hadisəyə görə cəmiyyət qarşısına çıxaraq üzr istəsin. Ən azından Daşkəsən, Seyfəli və Göygöl hadisəsinə görə hansısa general istefa verməli idi.”

Parlament tərəfindən nazirlikdən hər hansı bir hesabat tələb olunmadığını qeyd edən Yaşar Cəfərli, “ölkədə Hərbi Ombudsman Aparatı yaradılmalıdır. Orduya ictimai nəzarət məsələləri gündəmə gətirilməlidir. Həmçinin siyasi partiyalar da bu istiqamətdə dövlətə qarşı təzyiqlərini artıraraq sakit durmamalıdırlar” , - deyə qeyd etdi.

  • Yazılıb
  • da (də) 2012 Jan 13