Tarix : 2012 Jan 15
Kod 27936

“TAKSİ MİTİNQ”LƏRİ DAVAM EDİR

Sürücülər “Elit”in və “Xətai”nin qarşısında etiraz aksiyası keçirdilər
عادلی/Aran agentliyi

 

Sürücülər “Elit”in və “Xətai”nin qarşısında etiraz aksiyası keçirdilər

 

Bakıda taksi sürücülərinin növbəti etiraz aksiyaları olub. Aksiyalar “Elit” Ticarət Mərkəzinin və “Xətai” metrostansiyasının qarşılarında keçirilib. Hər iki aksiyada onlarla taksi sürücüsü iştirak edib.

 

Sürücülər Nəqliyyat Nazirliyinin taksilərlə bağlı məhdudlaşdırıcı qərarına etriazlarını bildiriblər. Aksiyaya çıxanlar avtomobillərinin əsasən 1994-2000-ci illər istehsalı olduğunu, Nəqliyyat Nazirliyinin qərarı ilə gündəlik çörəkpulundan məhrum olacaqlarını deyiblər.

 

Hadisə yerində olan əməkdaşımız məlumat verir ki, sürücülər Nəqliyyat Nazirliyinin təklif etdiyi kimi, yeni - London taksilərində işləməyin mümkün olmadığından gileyləniblər. Bildiriblər ki, yeni taksilərdə işləmək üçün qabaqcadan 200 manat deposit alınır, gündəlik plan isə 50 manatdır. Bu qədər planı ödəmək isə praktik olaraq mümkün deyil. Onlar yeni taksilərdə işin əlverişli şərtlərlə təklif olunacağı halda, bununla razılaşa biləcəklərini deyiblər.


Aksiyalar insidentsiz ötüşüb, polis müdaxiləsi qeydə alınmayıb.

  • Yazılıb
  • da (də) 2012 Jan 15