Yanvarın 13-də bir qrup taksi sürücüsü metronun ''Neftçilər'' stansiyası yaxınlığında avtomobil yolunu bağlayıblar
well/Aran agentliyi
Yanvarın 13-də bir qrup taksi sürücüsü metronun "Neftçilər" stansiyası yaxınlığında avtomobil yolunu bağlayıblar. Sürücülər Nəqliyyat Nazirliyinin bəzi avtomobillərin taksi kimi fəaliyyətinə qadağa qoymasına etiraz ediblər. Təxminən bir saat davam edən aksiyanı polis dağıdıb.
Aksiya iştirakçılarından biri deyib ki, sürücüləri dəyənəklə döyüblər: "200-300 adam vardı. Döyüb dağıtdılar hamını. Bizim etirazımız Nəqliyyat Nazirliyinədir. Camaatı niyə işsiz niyə qoyur? Biz işləmək istəyirik. Deyirlər ki, avtomobillər 2007-ci il istehaslından o yana olmamalıdır".
Yanvarın 13-dən Nəqliyyat Nazirliyi ilə Daxili İşlər Nazirliyi reydlərə başlayıb. Onlar lisenziyasız işləyən, həmçinin sovet istehsalı olan avtomobillərin taksi kimi xidmətlərinə qadağa qoyur.