Bu gün hicab müdafiəçisi ruhani Abgül Süleymanovun Bakı Apellyasiya Məhkəməsində həbs müddətinin uzadılmasından verilən şikayətə baxılıb
well/Aran agentliyi
Bu gün hicab müdafiəçisi ruhani Abgül Süleymanovun Bakı Apellyasiya Məhkəməsində həbs müddətinin uzadılmasından verilən şikayətə baxılıb.
Vəkil Anar Qasımlı FaktXeber.com-a bildirib ki, Bakı Apellyasiya Məhkəməsi ilahiyyatçı Abgül Süleymanovun həbs müddətinin uzadılmasından verilən şikayəti təmin etməyib. Yanvarın 13-də keçirilən prosesdə hakim Faiq Qasımov belə qərar çıxarıb.
Qeyd edək ki, ruhani Hacı Abgül Süleymanov avqust ayının 11-də Lahıcda qaynatasının evində olarkən həbs olunub. O, Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə bu il avqustun 11 də şübhəli şəxs qismində saxlanılıb. Hicab müdafiəçiləri , həbs olunan AİP funksionerləri və digər islamçılar və ruhanilər oxşar ittihamlarla həbs olunublar. Ölkədə hüquq müdafiəçiləri bu ittihamları və məhkəmənin sağlamlığına qarşı müxtəlif tənqidlər bildirib, onu Stalin dövründəki həbslərlə müqayisə edirlər.