İmam Hüseynin (ə) Ərbəin mərasimi ilə eyni zamanda Azərbaycan Respublikası müsəlmanları da bu mərasimlərdə iştirak edib
well/Aran agentliyi
İmam Hüseynin (ə) Ərbəin mərasimi ilə eyni zamanda Azərbaycan Respublikası müsəlmanları da bu mərasimlərdə iştirak edib. Bakı şəhəri Nardaran qəsəbəsi Bibi Rəhimə ziyarətgahı həmişə olduğu kimi Əhli Beyt (ə) aşiqlərinə ev sahibliyi edib.
Müxbirimizin məlumatına görə, Azərbaycan Respublikası şiələri də Kərbəla şəhidlərinin 40 mərasimində əzadarlıq edib göz yaşı axıdıblar.
Azərbaycan Respublikası müsəlmanları bu gün səhər tezdən Bibi Rəhimə ziyarətgahına toplaşaraq günorta namazına dər əzadarlıq etdikdən sonra pirin həyətində camaat namazı qılıblar.
Bütün bunlardan əlavə, Bakıda digər ziyarətgahlar, məscidlər, hüseyniyyələr və dini məkanlar da əzadarları bir yerə toplayıb.
Azərbaycan Respublikası bəzi informasiya qaynaqları elan edib ki, Gəncə, Lənkəran, Astara və bu ölkənin müxtəlif şəhərlərində şiələr bu günü matəm və hüznlə qeyd ediblər.