Tarix : 2012 Jan 15
Kod 27947

Azərbaycanda Ərbəin mərasimləri - Quba

Bu gün şəhidlər sərvəri, Əhli-beytin (ə) 3-cü imamı İmam Hüseyn ibn Əlinin (ə) və Kərbəla şəhidlərinin şəhadətindən 40 gün keçir
well/Aran agentliyi

 

 

 Bu gün şəhidlər sərvəri, Əhli-beytin (ə) 3-cü imamı İmam Hüseyn ibn Əlinin (ə)  və Kərbəla şəhidlərinin şəhadətindən 40 gün keçir. İmamın (ə) 40-ı günü İslam təqvimində əlamətdar günlərdən biridir. Bu gün ilk dəfə olaraq, Peyğəmbərin (s) böyük səhabəsi Cabir ibn Abdullah Ənsari (r.ə) Kərbəla şəhidlərini ziyarət edib.

Bu günlə bağlı vətənimizin müxtəlif guşələrində mərasimlər, məclislər təşkil olunur. Qubadakı keçirilən mərasim haqda Deyerler.Org-a rayonun “Cəfər” məscidinin imam-camaatı Hacı Mir Əliəsgər Ağa Mir Məhəmmədov məlumat verib: “Qubada Ərbəin günü əsasən gecələr tədbirlər keçirilir. Bu da insanların işdə olması ilə əlaqədardır. Gündüz isə xanımlar məscidlərdə əzadarlıq məclisləri keçirirlər. Axşam isə həmişə olduğu kimi, mərsiyələr oxunacaq, əzadarlıq məclisləri keçiriləcək”.

Deyerler.Org

  • Yazılıb
  • da (də) 2012 Jan 15