2012-ci il Haqq və Müstəqilliyimiz, torpaqlarımız və mənəviyyatımız uğrunda mübarizə və müqavimət ilidir
well/Aran agentliyi
Rəhman və Rəhim Allahın adı ilə!
“İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik", -deyirlər. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.” (Bəqərə surəsi 8-9(
Ötən il bəziləri üçün yüksək mənəviyyat, iman və sevinc, digərləri üçün isə xalqın qəm-qüssəsini artırmaq, ləkə, şər və böhtan kompaniyalarını müsəlman xalqımızın başında icra etmək rolu ilə keçdi. Hər halda il ötdü. Hamının ömründən bir il də tarix səhifələrinə yazıldı. Kimi bu tarixi öz canı, övladları və həyatının şirinliyi bahasına keçirdi, kimlərsə də bu ili müsəlman xalqımızın müqəddəs dininə, Quranına və ən başlıcası, müsəlman xalqımızın imanlı, şücaətli və qeyrətli alimlərinə və cavanlarına qarşı iyrənc planları icra etməklə keçirdilər. Hər halda gələcək nəsillər 2011-ci ili xüsusi hadisələr, müsəlman xalqımızın sevinc və kədəri ilə yad edəcəklər. O zaman artıq kimsə nədənsə qorxmadan həqiqəti deyə biləcək. Çünki artıq həm mübariz və xalqımızın dərdini çəkənlər, həm də xalqa divan tutanlar tarix səhifələrinə düşmüş olacaqlar. İki ünvan qalacaq: Allah rəmhət eləsin və Allah lənət eləsin! İnsana son anda bu iki ünvanın birindən başqası qalmır. O da insanın bu dünyada qısa ömrünün necə və hansı yolda istifadəsindən asılıdır.
2011-ci il əziz qardaşımız, höccətül-İslam Hacı Mövsümün yanvarın 2-də xüsusi faktlara əsaslanan çıxışı, daha doğrusu zülm və zülmkarlaqıla mübarizəyə çağırışı ilə zinətləndi. Hacıdan əvvəl və sonrakılar əslində, 2011-ci ildə Quranın bu ayəsinə aid oldular: “Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, Axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.” (Vaqiə surəsi 10-11)
Budur, bu gün haqq sözü şücaətlə fəryad çəkib, öz günlərini zindanlarda keçirən imanlı alim və mübariz qardaşlarımızın məqamları! Amma, zülm əhli və zalımların məqamları nədir? Quranda onlara da işarə olunur: “Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (Axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!” (Ali-İmran surəsi 10(
2011-ci il İslamda, ismət, örpək, namus və qeyrət ili kimi yadda qaldı. Daha doğrusu Vətənin dinini, Quranını, qeyrətini, namusunu, şərəfini, torpağını, müsətəqilliyini göz-bəbəyi kimi qoruyan oğulların haqsızlığa etiraz edərək, zindanları özlərinə ev seçmələri ili oldu. Amma qarşı tərəf, iqtidar və qolçomaq məmurlar nə qazandılar?! Onlar, müqəddəs İslama və Qurana qarşı çıxdıqlarına görə ilk növbədə Allahın qəzəbini, daha sonra isə müsəlman xalqın nifrət və danlağından başqa bir şey qazanmadılar. İl sona yetdikcə ölkədə gedən dəhşətli haqsızlıq və zülmkarlığın sona yetməsi və iqtidarın ağlını başına yığıb dərindən fikirləşərək müsəlman xalqla bir olub, bütün haqsızlıqlara son qoyulacağını gözəldiyi halda, daha dəhşətli hadisələr baş verdi. Ölkədə cavanların vətənpərvərlik, namus-qeyrət, şərəf və izzət ruhiyyələrini zəiflətməyə xidmət edən, kazinolara, qumarxanalara, şərabxanalara, fitnə-fəsad mərkəzlərinə, korrupsiyaya qarşı təzə və daha şiddətli qadağalar qoymaq əvəzinə, insanları belə çirkablardan çıxarıb dünya və Axirətdə xoşbəxt edən müqəddəs İslama qarşı təzə qadağalar, dindarı “ovlamaq” üçün tələlər kopmaniyaları və şeytanpərəstlərin planlarını icrə etməyə tələsdilər.
Amma, iqtidar və bu xalqın mənəviyyatı ilə oynayan məmurlar çox yanılıblar. Çünki hələ müsəlman xalqın şücaətli, qeyrətli, namuslu, mübariz, azadlıqsevər, Allahsevən, Quransevən, haqqı qorxmadan deyə bilən, torpaq uğrunda başından keçməyə hazır olan, ölkənin müstəqilliyini gözbəbəyi kim qorumağı bacaran alim, ziyalı, şair, dramaturq, yazıçı, müəllim, mühəndis, həkim qardaş və ana-bacılarımız həddən artıqdır. Onlardan bəziləri bu il səbr etdilər, dedilər düzələr amma, təzə ildə heç vaxt susmayacaqlar. Təzə ildə müsəlman xalqımızın mənəviyyatını, İslamını, konstitusiyasını və etiqadını təhqir edən bir dəstə “ateistlərə” baxmayın! Bunların şüarları əslində onların iç üzlərini açdı. İlin əvvəlində dövlət başçısının “İslamı bəyənirik” - sözündən sonra belələrinin İslamı təhqir etməsi müsəlman xalqımızın hiddətinə səbəb oldu.
Bu müsəlman xalq tarix boyu öz İslamı və müqəddəs Quranı ilə fəxr edib və edəcəkdir! Ümid edirəm ki, təzə il yəni, 2012-ci il müsəlman xalqımızın bütün sahələrdə həm torpaqlarımızın tam şəkildə qaytarılmasında, həm müsətəqilliymizin sionist və qərb istismarçılarının əlindən alınıb tam şəkildə bərpa olunmasında, həm cavan və gənclərimizin, tələbələrimizin ölkənin siyasi və ictimai həyatında yaxından iştirak edib, haqqı deməyi bacaran alim və ziyalılarımza qoşulmasında, həm də bütün İslam aləmində başı uca olub, İslam alimlərinə, dindar və müsəlman xalqımıza ehtiram edib, onlara həmişə səhnədə olub xalqına xidmət etməyə şərait yaratmaqda böyük müvəffəqiyyətlərə nail olacağıq. İnşallah!
Bir sözlə bu il, 2012-ci il, keçən ilkindən də möhkəm şəkildə, Haqq və Müstəqilliyimiz, torpaqlarımız və mənəviyyatımız uğrunda mübarizə və müqavimət ilidir. Allah-Taala bizim müsəlman xalqa bütün bu sahələrdə yar olsun! Amin! Ya Rəbbəl aləmin!
“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (Axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (Həşr surəsi 18(
Əl-Mustafa (s) adına Beynəlxalq
İslam Akademiyasnın doktorantı
Faiq Vəlizadə