Tarix : 2012 Jan 15
Kod 27957

Bakının Gey-parad siyahısından çıxmasına aldanma

Əcəb demişdi Çingiz Mustafayev: “Nə olub qorxursunuz, arvadsuz, hamınız arvadsuz.” İndi nə oldu da “qoluboy”ların müdafiəsinə qalxdınız
/Aran agentliyi

 

Bir neçə gün öncə yayımladığımız xəbərin ölkə gündəmini bu qədər məşğul edəcəyini heç gözləmirdim. Bizi qınayan da oldu, dəstəkləyən də. Dəstəkləyənlərə təşəkkür edirik, qınayanlara isə geylər özü təşəkkür edəcək.

Biri savadsız, biri dinçi, bir başqası mentalitet davaçıları və ilaxır dedilər. Canları sağ olsun. Əslində düz edirlər. Mümkün deyil hamı eyni düşüncəyə malik olsun. Biriləri qeyrətsiz düşüncəyə sahib olub geyləri müdafiə edəndə, gözləniləndir ki, biriləri də vətən, qeyrət, millət, mənəvi dəyərləri düşünsün. Sosial şəbəkələrin 4 günlük müzakirə mövzusu olan “geylərin gəlişi” hamını bir nəfər kimi səfərbər edib. Adi facebook profilinə sahib vətəndaşından tutmuş hakimiyyət nümayəndəsinə kimi. Hətta Çingiz Mustafayevin irsini davam etdirən ANS də məsələyə qarışdı. Geylərin səfərinə qarşı çıxanları mental düşüncəli insanlar adlandırıldı. Xalqın fikrini öyrəndilər. Hamı yekdilliklə dedi ki, “əşi sən Allah rədd edin onları”. Amma telekanal üçün müsahib qıtlığı deyil ki, Bakı geylərindən açıqlama gəldi. Bizə toxunmayın. Vahid müəllimə də təşəkkür edin, bizi unutmadığı üçün. Fərli-başlı yayımçılıqla məşğul olmursunuz, heç olmaya əziz Çingizin ruhunu narahat etməyin. Əcəb demişdi Çingiz: “Nə olub qorxursunuz, arvadsuz, hamınız arvadsuz.” İndi nə oldu da “qoluboy”ların müdafiəsinə qalxdınız. Görəsən Çingiz Mustafayev olsaydı, onlara "vətən oğulları deyib alqışlayardımı?!. Əlbəttə ki, yox. Haşa bunu düşünmək belə xətadır. Belə olan halda bəzi telekanalların üzdəniraq "kişi"lərdən müdafiə etməsi adamı təəccübləndirməyə bilməz.

Yoxsa Qarabağa azadlıq sevdanız bura qədərmiş. Əslində “Qarabağa azadlıq”,” Döyüş anlınınıza (görəsən niyə alnımıza yox – T.H) yazılıb” bunlar hamısı şüar çərçivəsindədir. Onda belə çıxır sabah geylər bura gələndə deyəcəksiniz geylər bizim qürur mənbəyimizdir? Şəxsən mən bunu sizdən gözləmirəm.

İndi vətənşüvənlər, mentalitet düşmənləri deyəcəklər ki, yenə başladılar. Vallah bilmirəm nə deyəm, doğurdan bu qədər alçalmışıq? Hələ də fərqində deyilik ki, bu tədbirlərin burada keçirilməyi ilə bizə kimliyimizi unutdurmaq istəyirlər? Bundan artığını gözləməyin. Analoqsuz siyasətin nəticəsi belə olacaq da. Geyləri burda görmək istəyənlər təmsilçilərimizi də Almaniyada qalib etdilər. Mitinqlərdə gənclərə “boks dərsi” keçən gənc Avroviziyada qalib gələndə görmədinizmi nə hoqqalardan çıxdı. Bardan çıxardıqları çarəsiz qızları soyundurub küçələrdə gəzdirdiklərini unutmayın. Bu geylərə müjdə nişanəsi idi. Bəli, bizim Qarabağ boyda dərdimiz yoxdur. Bizim Xocalıda qaynar qazanda qaynayan ana-bacılarımız da yoxdur. Çünki o başqa, bu başqa. Bizim qapımız hamıya açıqdır. Elə o açıq qapıdan içəri girənlər bizə dərdlərimizi unutdurur.

Cəmiyyətimizi parçalayıblar onsuz da. Bu məsələdə də bir az parçalayacaqlar. Mən də istəyirəm ateist, xristian, dinsiz, dindar, müxalifətçi olmasından asılı olmayaraq bütün qruplardan olan gənc dostlarımla fikirlərimi bölüşəm. Amma malasəf imkan vermirlər. Gündə bir mövzu atırlar ortaya və bizi bir-birimizə qırdırırlar. Qazanan isə bizə zülm edənlərdir.

Hakimiyyətin təzyiqi ilə Bakının adının onların parad siyahısından çıxarılmasına aldanmayın. Bizim Avroviziyada qalib olmağımız gey paradın burda keçirilməsinə bağlı idi. Sadəcə məsələnin cəmiyyətə bu qədər tez açıqlanacağını heç kimi düşünmürdü.

Gey paradda iştirak etmək istəyənlərə isə tövsiyəm var: bədxərclik etməyin. Pulunuzu toplayın. Parada uyğun paltarlar almaq lazımdır. Ailə üzvü çox olanlara faizsiz kredit də verəcəklər. Nə edək ki, həqiqət bir az acı olur. Məqsədlər üçün gərək əziyyətlərə qatlaşasan.

Qeyrəti cuşa gəlib, başından tüstü çıxanlar isə özləri yaxşı bilirlər nə edəcəklərini.

Ümid edirəm xalqın daim keşiyində “dayanan” iqtidarımız heç olmasa bu dəfə xalqın istəyi ilə bəzi ölkələrdə, elə qonşumuz Rusiyada olduğu kimi bütün qapıları üzdəniraqların üzünə bağlayacaq.

Bizə isə 26 maya qədər səbir etmək qalır...

Tural Həsənli.

faktxeber

  • Yazılıb
  • da (də) 2012 Jan 15