Sionist rejimin xəfiyyə orqanının yüksək vəzifəli hərbçilərindən biri Amerikada çıxan Taim jurnalına verdiyi müsahibəsində Mossad tərəfindən İranın ...
/Aran agentliyi
Sionist rejimin xəfiyyə orqanının yüksək vəzifəli hərbçilərindən biri Amerikada çıxan Taim jurnalına verdiyi müsahibəsində Mossad tərəfindən İranın nüvə alimi Mustafa Əhmədi Rövşənin qəsdən sui-qəsdə məruz qalmasını təsdiq edib.
Qərbin informasiya qaynaqları Taim jurnalına istinadla qeyd ediblər: Əhmədi Rövşən də öz evindən iş yerinə getmək istəyən İranın digər şəhid olmuş 3 nüvə alimi kimi Mossad muzdurları tərəfindən sui-qəsdə məruz qalıb və şəhid edilib. Taim əlavə edib: Sionist rejimin xəfiyyə orqanını bu vicdansız hərbçisi müsahibəsinin davamında təbəssümlə deyib: Sionist rejimin casusluq orqanı bu sui-qəsd planını uğurlu həyata keçirdi və mən bu iranlı alimin şəhid edilməsindən təəssüflənmirəm.
Qərbin informasiya qaynaqlarının Taim jurnalına verdiyi məlumata görə ötən həftə Mossad orqanının muzdurları tərəfindən şəhid Əhmədi Rövşənin həyatına qarşı həyata keçirilən sui-qəsd planı Mossadın iki il bundan qabaqkı metodu əsasında həyata keçirilib.
Yəni şəhid Əhmədi Rövşənə qarşı sui-qəsd planı Sionist rejimin casusluq orqanının tərəfindən təlim keçən və xidmətə alınmış iranlı muzdurların köməyi ilə həyata keçirilib.
Qeyd edək ki, çərşənbə günü (11 yanvar) Nətənz nüvə saytının ticarət işləri üzrə direktor müavini Mustafa Əhmədi Rövşən öz can güdəni ilə yanaşı sui-qəsdə məruz qalaraq şəhid olublar.