Bu gün saat 15-də paytaxt Bakıda işləyən minlərlə taksi sürücüsü öz maşınları ilə birlikdə Nəqliyyat Nazirliyinin qarşısına toplaşmağı planlaşdırır
/Aran agentliyi
Bu gün saat 15-də paytaxt Bakıda işləyən minlərlə taksi sürücüsü öz maşınları ilə birlikdə Nəqliyyat Nazirliyinin qarşısına toplaşmağı planlaşdırır. Bu barədə musavat.com-a məlumatlı mənbələr xəbər verib
Onların sözlərinə görə, taksi sürücüləri Nəqliyyat Nazirliyinin son günlərdə həyata keçirdiyi tədbirlərə cavab olaraq bu addımı atacaqlar. Nazirliyini köhnə maşınlara taksi xidməti göstərmələrinə yasaq qoymasının minlərlə ailə başçısının çörəyi ilə oynamaq cəhdi olduğunu deyən sürücülər son dərəcə hiddətli olduqlarını gizlətmirlər.Onlar Nəqliyyat Nazirliyini öz qərarını ləğvt etməyə vadar edənə qədər mübarizə aparmaq fikrindədirlər.
Qeyd edək ki, son günlər paytaxtın bir neçə yerində taksi sürücüləri bənzər aksiya keçiriblər. Ancaq bugünkünün daha kütləvi olması gözlənilir.