Tarix : 2012 Jan 16
Kod 27988

Azərbaycan ''Xomeyniçilər''inin maraqlı hikayəsi

Bultən Nyus Xəbər Saytı maraqlı bir mətləbdə Hacı Əlikram Nardaraninin şəxsiyyəti və dini bəsirətini vəsf edib
/Aran agentliyi

 

Bultən Nyus Xəbər Saytı maraqlı bir mətləbdə Hacı Əlikram Nardaraninin şəxsiyyəti və dini bəsirətini vəsf edib.

Məhəmməd Hüseyn Nikzadın yazdığı bu mətləbin bəzi hissələrini olduğu kimi nəzərdən keçiririk:

" Onu "Xomeyniçi" adlandırırdılar! Ondan daha çox acıqları gələn şəxslər. Hacağa türk idi, mehriban və ürəyəyatan siması və bizə, şiələri xatırladan saqqalı ilə. Mömin idi və hazırda Azərbaycan Respublikası adlandırılan " Sovet Azərbaycanı"nın möminləri ona müraciət edirdilər. əlbəttə bilmirəm ki, "Respublika" olduğunu haradan başa düşmək olar?! Xüsusilə "Nardaran" əhalisi. Bakı və onun pozğunluqla dolu olan sahilləri ilə elə bir fasiləsi olmamasına rəğmən Nardaran, əsirlər boyu Həzrət Əbaəbdellahel-Hüseyn(əs.) aşiqləri və mömin şiələrin toplaşdığı mərkəz olub. Hətta Nardaranı "Azərbaycanın Qum şəhəri" adlandırmaq olar.

Yaşlanmışdı, "Azərbaycan İslamçılarının" öncülü idi, özü də elə bir vaxtda ki, bütün mömin şəxslər Sovetin KQB-si tərəfindən diqqətlə izlənilib, repressiyaya məruz edilirdilər, əlbəttə qəmə vurmaq istisna olmaqla! Buda biz şiələr üçün təəccüblü ibrət dərsidir.

İllər boyu həbs, dərd, cismi və ruhi işgəncə, Sovet və Azərbaycan Respublikası dövlətlərinin ona töhfə verdikləri nəsibi idi!

"Hacı Əlikram Əliyev İmam Xomeyni aşiqi olmuşdu... hələ də onun sehrli və marqlı ağacdan olan rəhlini İmam Xomeyni(rə.) Məqbərəsinin zərihinin arxasından görə bilirsən! O heç vaxt İmamı yaxından görə bilmədi. Amma sonralar İmam Xomeyninin naibi İmam Xamenei onu: " Mənim dostum Hacı Əlikram" təbiri ilə yad etdilər, və nə qədər ağır bir təbirdir bu!

" Hacı Əlikram böyük bir insan idi ki, öz ömrünün əksər hissəsini həbslərdə və ağır işgəncələr altında keçirdi" -bu cümləni Ayətullah Məkarem Şirazi onun haqında istifadə etdilər.

İranın şimalında yerləşən Rudbar zəlzələsi zamanı zərər çəkmiş xalqı xilas etmək üçün əcələ ilə İrana gələn zaman, bizim hamımızdan daha öncə Avini-ni tanıdı. Hacı Əlikram xatirələrində Şəhid Avini haqında öz tanışlığı barədə belə yazıb:" Böyük kişi idi, çox mənəvi və cazibədar idi. O heç bir incəsənət xadiminə və sənətşünasa bənzəmirdi. Allah igiti və nur və mərifətlə dolu idi. Onun şəhadətinin yeddisində onun və bütün İran şəhidlərinin xatirəsini anmaq üçün Nardaranda bir mərasim keçirdik."

Bultən-Nyus mətləbinin yazıçısı yazısının davamında Hacı Əlikram Nardaraninin şəxsiyyəti və bəsirətinin tanınmamış qalması haqda təəssüfləndiyini bildirərək, belə əlavə edib:

" Bizim bir çoxlarımız onun hətta adını belə eşitməmişik və bu nə qədər bu "Qəhrəmanlardan" ki, beləcə haqları barədə onlara cəfa edib, edirik, və edəcəyik. Hacı Əlikram Nardaraninin xatirələri yetərlidir ki, bizim hamımızı utandırsın. Ruhani və məzhəbi geyimi ilə özü üçün partiya-etnik dəstə yaradan Ayətullah Şəriətmədari kimi şəxslərin olduğu zaman Azərbaycanlı türk yaşlı kişi Hacı Əlikramın bəsirəti hamını təəccübləndirir. Vəfatından neçə il öncə belə yazdı:" Bir müddət sonra cənab Qəzayi vasitəsilə dini məbləğlərin ödəniş kağızları İmamın ofisindən əlimizə çatdı. Biz ödəniş kağızları ziyarət etdik və öpdük. Çünki bu kağızlar İmamın məhzərindən gəlmişdi"

Bu mətləbin davamında belə oxuyuruq:" Məhəmməd Reza Memari "Raz" verilişində Talibzadəyə xitabən "Qafqazın Əbuzəri"nə münasib olan sözləri belə bəyan etdi:" Biz İranda zalım şahlıq dövründə bir çox məhbus gördük, amma mən kimsəni görmədim ki, 28 il davamlı olaraq, həbsdə olsun. Hacı Əlikram Nardarani Şiəliyi müdafiə uğrunda kommunistlərin zamanında 23 il və istiqlaliyyətdən sonra isə 5 ilə həbsdə qaldı və qorxunc işgəncələrə məruz qaldı. Bu yaşlı kişi son dərəcə nurlu və qüdrətli idi. Belə ki, insan Şiəliyin müdafiəsində bu cur şəxslərin olmasına qürurla fəxr edir... mən canlı verilişdə deyirəm ki, iftixarla onun əlini öpmüşəm. O icazə vermədi, mən onun gözlərinin zəif olduğundan istifadə etdim və əlini öpdüm. Gözlərinin görmə qabiliyyəti zəifdir, şəkər xəstəliyi də vardır, həbsdə olduğu zamanda onun dərmanlarının ona çatmasına icazə vermirdilər və vəziyyəti daha da ağırlaşdı. Maraqlı bir məsələ vardır ki, Nardaranda bir çoxlarının qəbirləri üstündəki qəbir daşı üzərində İslam Respublikası emblemi və Həzrət İmam Reza(əs.) zərihinin şəkli həkk olunub. Mən bu məsələnin səbəbini Hacı Əlikramdan soruşdum . o dedi : biz istəyirik ki, əgər sonralar hər kəs buradan keçsə, bizim İslam Respublikası aşiqi və vurğunu olduğumuzu başa düşsün . Azərbaycan Respublikası xalqının Həzrət İmam Reza(əs.)ı ziyarətə gəlməyə son dərəcə sevmələri də , mənim üçün olduqca maraqlı olan məsələ idi... sonrakı məsələ isə onların Şəhid Bakeri-yə olan məhəbbətləri idi. Hətta İslam İnqilabının Böyük Rəhbərinin oraya təşrif buyurduqları zaman, Şəhid Bakerinin şəkli üzərində toxunulmuş xalçanı o həzrətə hədiyə etmişdilər. Şəhid Bakeri-nin şəxsiyyətinə son dərəcə valeh idilər. əslində son dərəcə mənəvi bir atmosferə malikdirlər. Bir qədər Bizim 1357-ci ildəki İslam İnqilabımızın zəfər çaldığı dövrünə oxşardır".

Bəlkə bizə bu qədər imanın güclü olmasının dərk edilməsi o zaman daha rahat olsun ki, bu son cümlələri , onunla tanış olan Mənsur Həqiqətpur Fərdi-nin dilindən sizə nəql edim:" Xatırlayıram ki, bir gün bu böyük şəxsiyyət buyurdu:" İraqın İrana qarşı müharibəsi zamanı biz keçmiş Sovet zamanında bir radio vasitəsilə müharibə cəbhələrinin xəbərlərini almağa müvəffəq olduq. Bir gün İranın səsi radiosu bildirdi ki, İran döyüşçüləri ədyal və istiləşdirici cihazlara ehtiyaclıdırlar. Biz İslam döyüşçülərinin soyuqdan əziyyət çəkdiklərini hiss etdik. O gecə yatmaq istədiyim zaman qəlbim razı olmadı ki, mən isti yerdə yatım və islam döyüşçüləri soyuq havada olsunlar. Yatdığım yeri yığdım ki, xalı üstündə yatım. Yenə də qəlbim razı olmadı. Xalını kənara vurdum, üzümü xalının altındakı soyuq daş üstünə qoydum ki, sizin döyüşçülərinizin əziyyətlərini bir qədər də olsa hiss edim".

  • Yazılıb
  • da (də) 2012 Jan 16