Tarix : 2012 Jan 16
Kod 27989

Xarici işlər nazirlərinin görüşləri təxirə salındı

İran İslam Respublikası Xarici İşlər Nazirliyindəki məlumatlı bir rəsmi Səhər kanalı müxbirinə bildirib ki, Naxçıvanda keçirilməsi qərara alınmış İran...
/Aran agentliyi

 

İran İslam Respublikası Xarici İşlər Nazirliyindəki məlumatlı bir rəsmi Səhər kanalı müxbirinə bildirib ki, Naxçıvanda keçirilməsi qərara alınmış İran, Türkiyə və Azərbaycan Respublikası Xarici İşlər Nazirlərinin üçtərəfli görüşlərinin dəqiq zamanı hələ müəyyənləşməyib.

Bu məlumatlı rəsmi bildirib ki, bndnan öncə də bu üçtərəfli görüş üçün dəqiq tarix təyin edilməmişdi, amma bu görüş haqda hər cür qərar kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılacaqdır.

İran, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin ilk üçtərəfli iclası fərvərdin ayının 27-si (2011-ci milad ili aprelin 16-sı)-da İranın Urmiyə şəhərində keçirilmişdi. Üç tərəf öz əməkdaşlıqlarının hərtərəfli formada genişləndirilməsinə təkid edirlər.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 16