Tarix : 2012 Jan 16
Kod 27990

Azərbaycan saytlarını kim dağıdıb?

Xakerlər sayta ''Hicab'' aksiyasının şəkillərini və AİP-in həbs olunmuş lideri Mövsüm Səmədovun sözlərini yazmışlar
well/Aran agentliyi

 

Bu gün səhər saatlarından etibarən Azərbaycanın dövlət qurumlarının, hökumət strukturlarının və bir sıra informasiya resurslarının saytına haker hücumu başlayıb.

Rabitə və İnformasiya Texnologiaları Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin www.rabita.az, Konstitusiya Məhkəməsinin constcourt.gov.az, Yeni Azərbaycan Partiyasının yap.org.az, Trend İformasiya agentliyinin saytı Trend.az saytları dağıdılıb.

Özlərini AzerianCyberArmy haker qrupu kimi elan edən kibercinayətkarlar dağıdılan saytların ana səhifəsində Azərbaycan hakimiyyətinin və İsrailin əleyhinə şüarlar yerləşdiriblər.

"ANN" -ın araşdırmasına görə, haker qrupu buna qədər bir sıra İsrail saytlarını da dağıdıblar. Hazırda Azərbaycan saytlarına edilən hücum da dağıdılan İsrail saytlarının bazasından edilir. Konkret olaraq Trend.az-ın bazasına hücum Logate.co.il (İsrailə məxsus şəxsi internet mağazası) saytından edilib.

Ümumilikdə isə bu hücumlar həvəskar xarakterlidir, yalnız saytların ana səhifəsinə ünvanlanıb. Hücuma məruz qalan Azərbaycan saytları problemi aradan qaldırmaq üçün saytları müvəqqəti olaraq izləyici üçün bağlayıblar.

  • Yazılıb
  • da (də) 2012 Jan 16