Tarix : 2012 Jan 17
Kod 28014

''Azərbaycan totalitar rejim olan İranla deyil ABŞ və AB-la birlikdə olmalıdır''

Demokratik İslahatlar Partiyasının sədri Deputatı Asim Mollazadə
/Aran agentliyi

 

Vesti xəbər verir:" Demokratik İslahatlar Partiyasının sədri Deputat Asim Mollazadə, Azərbaycan hakimiyyətinin İran İslam Dövlətinə qarşı ABŞ və Avropa birliyinin tətbiq etdiyi sanksiyalara qoşulmasının vacibliyini bildirib."

"İran da 30 milyona yaxın Azərbaycanlı həmvətənlilərimiz totalitar bir rejimin əsirləridir. İran dəfələrlə bizə qarşı düşmən mövqedə olduğunu sübut edib. İranlı rəsmilər dəfələrlə bizim Respublikamızı təhdid və tənqid atəşınə tutublar. Onlar açıq aşkar Ermənilərə dəstəkdədirlər. Biz Avropanın İrana tətbiq etdiyi sanksiyaları dəstəkləməliyik. Naxçıvana görə də narahat olmamalıyıq. İrandan kəsilsə Türk qardaşlarımız Naxçıvanı qazla və enerji ilə təmin edəcəklər. Bizim əməkdaşlığımız Afrika birliyi yaxud totalitar rejim İranla deyil, ABŞ və Avropa Birliyi ilə olmalıdır. Mən çox təəssüf edirəm ki, bizim hakimiyyət hələ də İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb."

  • Yazılıb
  • da (də) 2012 Jan 17