Tarix : 2012 Jan 17
Kod 28015

Sionist İsrailin Əhli-sünnə və Şiə fitnəsi

Əhli-Sünnə məshəbli Həmasla, Şiə məzhəbli İran hakimiyyətinin vəhdətdə olub qardaşlıq etmələrinin qarşısını, sionist İsrail mediyası belə almaq istəyir
/Aran agentliyi

 

 

Əhli-Sünnə məshəbli Həmasla, Şiə məzhəbli İran hakimiyyətinin vəhdətdə olub qardaşlıq etmələrinin qarşısını, sionist İsrail mediyası belə almaq istəyir.

Azadxeber.az saytı sionist İsrailə məxsus olan Kursor saytınndan belə bir xəbər əldə edib.

Məqalənin başlığı bu cürdür: "Həmas təhlükəsizlik əməkdaşları Qəzzada yaşayan Şiə məzhəbli müsəlmanları döyərək onların sümüklərini qırır." Məqalənin tam mətnini sizlərə çatdırırıq.

Şiə məzhəbli müsəlmanlar get-gedə çoxalmaq üzərədir. Onlar 4-cü Xəlifə Əli-nin ardıcıllarıdır. Onların da çoxalması İranın apardığı Şiəlik təbliğatının nəticəsidir. Qəzza da şiələr artmağa başlayıb. Qəzzada yaşayanların birinin dediklərinə görə, Həmasın polis qüvvələri bundan narahat olaraq tez bir zamanda bunun qarşısını almaq üçün əllərindən gələni etməyə başlayıblar. Həmas qorxur ki, Əhli-Sünnə məzhəbli Qəzzalılar Şiə məzhəbinə üz tuta bilərlər. Necə ki, artıq 10 nəfərə yaxın insan bunu edib. Ona görə də, şiələri, sümükləri qırılana qədər döyürlər.

Şiə məzhəbinin banisi olan Xəlifə Əlinin oğlu, həmçinin Müsəlmanların Peyğəmbərinin nəvəsi olan İmam Hüseynin qırx mərasimi Həmas polisinin vasitəsi ilə dağıdılıb. 25 nəfərə yaxın Şiə məzhəbli müsəlman Qəzzada düşərgələrdə yaşayan əqidə yoldaşlarının yanına gələrək orada imam Hüseyin üçün ən-ənəvi 40 mərasimi təşkil ediblər. Birdən Qəzza da yerləşən Həmas polisi düşərgəyə basqın edərək təşkil olunmuş mərasimi dağıdaraq, oradakı Şiə məzhəbli müsəlmanları vəhşicəsinə döyməyə başlayıb. Demək olar ki, oraya yığışan insanarın bütün sümüklərini sındırıblar.

P.S. Bir məqamı əziz izləyicilərimizə çatdırmaq istəyirəm ki, bu yazı sionist mediyasından tərcümə edilib. İran ilə Həmas artıq neçə illərdir ki, yaxındırlar. Niyə məhz İranla Dünya dövlətlərinin əlaqələrinin gərgin olduğu bir anda,  Həmas belə bir qeyri müsəlmana yaraşan addımlar atsın? Bu çox düşündürücü məsələdir. Ola bilər mi ki, sionistlərin çirkin əməllərinin bir çoxunun həyata keçməməsindən narahat olaraq belə bir fitnə salmaq istəsinlər? Bu mümkün bir haldır. Hər halda əgər Həmas belə bir vəhşilik edibsə Allah cəzasını verəcək. Amma yenə də tam olaraq inanmaq ən azından sadəlöhvlükdür. Çünki belə bir məsələ mövcuddursa onda deməli bu hal birinci hal deyil. Bundan qabaq ki, illərdə də bu baş verib.Niyə onda belə xəbər vermirdilər? Yoxsa Həmasın və İranın nüfuzu Dünyada artıqdan sonra özlərinin zəif olduqlarını dərk edərək fitnə ilə aranı qarışdırmaq istəyirlər? Bəli bu belədir ki, var. Bu məhz onlara məxsus bir əməldir. Allah ümməti Əhmədi kafir və zalim fitnəsindən amanda saxlasın inşallah.

 NATİQ

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jan 17