Azərbaycan Respublikasının illik hərbi büdcəsinin Ermənistanın ümumi dövlət büdcəsindən 2 dəfə çox olduğu və Bakının 600 növdə silah və hərbi ...
/Aran agentliyi
Azərbaycan Respublikası prezidenti deyib: Azərbaycan Respublikasının illik hərbi büdcəsinin Ermənistanın ümumi dövlət büdcəsindən 2 dəfə çox olduğu və Bakının 600 növdə silah və hərbi sursat istehsal etdiyi bir şəraitdə Ermənistan müzakirələrin gedişində pozuculuq törədir.
Azərbaycan Respublikasının xəbər mənbələri bildirirlər ki, İlham Əliyev Nazirlə Kabinetinin iclasında deyib: Ermənistan, 2009-cu ildə ATƏT-in Minsk Qrupu tərəfindən təklif edilən Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin addım-addım həlli istiqamətində müzakirələr prosesində pozuculuq törətmək niyyətindədir.
İ.Əliyev eyni zamanda etiraf edib ki, Bakı Ermənistan qarşısında siyasi və hərbi baxımdan üstünlüklərə malik olsa da, Azərbaycan bir daha Ermənistan ilə müharibəyə daxil olmaq istəmir. Amma, Ermənistan Azərbaycanı müharibəyə təhrik etmək üçün davamlı olaraq təmas xətlərində atəşkəsi pozmaqla məşğuldur.
Azərbaycan Respublikası prezidenti bu fikirləri elə bir şəraitdə səsləndirir ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri yanvarın 23-də Soçidə bir araya gəlməlidirlər.