Bu gün Ali Məhkəmədə Cəlilabad sakini, hicab məhbusu, ruhani Həsən Məmmədovun cinayət işinə baxılıb
/
Bu gün Ali Məhkəmədə Cəlilabad sakini, hicab məhbusu, ruhani Həsən Məmmədovun cinayət işinə baxılıb
Bunu ruhaninin qardaşı Hüseyn Məmmədov bildirib. Onun sözlərinə görə, qardaşı polisə müqavimət ittihamı ilə 3,6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
2011-ci il sentyabrın 12-də Şirvan şəhərində keçirilən Apelyasiya Məhkəməsində ruhani Həsən Məmmədova qarşı irəli sürülən 221-ci maddənin 3-cü bəndi qüvvədə saxlanılıb. Halbuki, bunun 221-ci maddənin 1-ci bəndi ilə əvəz olunması tövsiyə olunurdu. Belə ki, ötən məhkəmədə şahid və zərərçəkən qismində dindirilən polis işçisi müttəhimin ona heç bir müqavimət göstərmədiyini bildirmişdi.
O, buna görə də Həsən Məmmədovun qardaşı çıxarılan hökmlə razılaşmayaraq Apelyasiya Məhkəməsinə müraciət etdiklərini və bu gün Bakıda Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə yenidən ruhani Həsən Məmmədov işinə baxıldığını bildirib: "Sədr polisə müqavimət ittihamı ilə azadlıqdan məhrum edilən Həsən Məmmədovun həbs müddətinin 3,6 ildən 2 il müddətinə qədər azaldılmasına dair qərar çıxarıb". Xatırladaq ki, ruhani Həsən Məmmədov ötən il yanvarın 25-də saxlanılıb.
SalamNews