Tarix : 2012 Jan 17
Kod 28021

20 Yanvar Şəhidlərinə ithaf (Şeir)

İyirmi yanvarda, o qanlı gündə Əsarət ipini qırdı şəhidlə
/Aran agentliyi

 

İyirmi yanvarda, o qanlı gündə Əsarət ipini qırdı şəhidlə

Bismilləhir-Rahmənir-Rahim

 

İyirmi yanvarda, o qanlı gündə

Əsarət ipini qırdı şəhidlər.

Hüseyni duruşla qalxıb ayağa

Zilləti izzətlə vurdu şəhidlər.

Şəhidlik - əbədi bir həyat demək,

Şəhidlik - əbədi səadət demək,

Şəhidlik cihaddır - ibadət demək

Səf-səf ibadətə durdu şəhidlər.

"...Onlar diridirlər..." - Quran ayəsi

Şəhidin qanıdır hürlük mayası.

Azadlıq! - məqsədi, amal, qayəsi

Bu yolda canını verdi şəhidlər.

Əsrlərdən bəri o qanlı bayraq

Hay salır, hayqırır dalğalanaraq.

Haqsızın önünü haqla alaraq

Haqqın qalasını qurdu şəhidlər.

Zamanın sahibi (ə.f.) gələydi ey kaş,

Bizləri nökəri biləydi ey kaş,

Yolunda canımız öləydi ey kaş

Necə Kərbəlada öldü şəhidlər.

Zeynəb Zeynəlabdiyeva

deyerler

  • Yazılıb
  • da (də) 2012 Jan 17