well/Aran agentliyi
Dekabr ayının 31-i, yeni il şənliyindən evə qayıdan bir neçə gənc, polis mayorunun qurbanlarına çevrilərək işgəncələrə məruz qalıblar.
Döyülənlərin adı Səfərov Ramil, Səfərov Ramin, Fərhad , Vüqar və Eldardır.
Azadxeber.az saytına daxil olan məlumata görə, döyülənlər arasında Eldar adlı şəxs polis kapitanıdır. Amma onu döyən polislər 24-cü bölmədə aydınlaşdırıblar ki, Eldar həqiqətən polis kapitanıdır. Mülki geyimdə olduğu üçün onu da yalnışlıqla döyüblər.
Məlumatda deyilir ki, gənclər 12 saat 24-cü polis bölməsində saxlandıqdan sonra buraxılıblar.
Qeyd edək ki, aşağıdakı şəkillər Azadxeber.az saytına e-mail vasitəsi ilə göndərilib.