Tarix : 2012 Jan 19
Kod 28051

Azərbaycanda 1 milyon 42 min 300 ədəd maşın var

Hazırda ölkədə hər 100 ailədən 42-də minik avtomobilinə malikdir
well/Aran agentliyi

 

Ötən il Azərbaycandakı avtomobillərin sayı 598 min ədəd artaraq 1 milyon 42 min 300 ədədə çatıb. ANS PRESS-in Dövlət Statistika Komitəsinin internet saytına istinadən verdiyi məlumata görə, hazırda hər 100 ailədən 42-də şəxsi minik avtomobili var.

Ötən il Azərbaycanın nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 203,5 milyon ton yük və 1,5 milyard nəfər sərnişin daşınıb və 2010-cu illə müqayisədə yük daşınması 3,6 faiz, sərnişin daşınması isə 7,5 faiz artıb. H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 34,5 milyon ton neft, o cümlədən 2,1 milyon ton tranzit Türkmənistan nefti ötürülüb.

  • Yazılıb
  • da (də) 2012 Jan 19