Tarix : 2012 Jan 19
Kod 28052

Gürcüstanda ''Sarvan Seyidlər'' ziyarətgahının açılışı oldu

Ziyarətgahda Seyid Mir İsmayıl ağa, Seyid Mir Məhəmməd-Hüseyn ağa, Seyid Mir Mürtəza ağa və Seyidə Rüqəyya və Seyidə Humay xanımın qəbirləri var
well/Aran agentliyi

 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində "Sarvan Seyidlər" ziyarətgahının bərpadan sonra açılış mərasimi keçirilib.

Azadxeber.az saytının e-mail ünvanına daxil olan məlumata görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, İranın Gürcüstandakı səfiri Məcid Sabir, Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Əhməd Ərdəm, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov və başqaları çıxış edərək son illər Kvemo-Kartli (Borçalı) bölgəsində məscid və ziyarətgahların təmir və bərpa olmasını müsbət qiymətləndiriblər.

Mərasimdə Tiflis, Dmanisi, Qardabani, Bolnisi, Tetri-Skaro bölgələrindən və Marneulinin bölgəsinin ətraf kəndlərindən gələn müsəlmanlar, ziyalılar və jurnalistlər iştirak ediblər

"Sarvan Seyidlər" ziyarətgahı Sankt-Peterburqdakı Azərbaycan diasporunun fəal üzvlərindən biri, iş adamı, Gürcüstanın Qardabani rayonundakı Birlik kəndində anadan olmuş Məşədi Əmirxan Hüseynov və Türkiyə vətəndaşı Hacı Salman Çətinin vəsaiti hesabına bərpa edilib.

Tədbirdə “Əhli-Beyt” cəmiyyətinin sədri Hacı Rasim Məmmədov "Sarvan Seyidlər" ziyarətgahının Axundu təyin edilib.

Qeyd edək ki, Sarvan Seyidlər ziyarətgahında Seyid Mir İsmayıl ağa, Seyid Mir Məhəmməd-Hüseyn ağa, Seyid Mir Mürtəza ağa və Seyidə Rüqəyya və Seyidə Humay xanımın qəbirləri var. Seyidlərin qəbiri olan bu ziyarətgah uzun illərdir ki, müqəddəs dini ocağa çevrilib.

Sarvan Seyidlər ziyarətgahını inşa edən Məşədi Əmirxan Hüseynov açıqlamasında azərbaycanlıların kompakt yaşadığı bölgədə belə bir ziyarətgahı bərpa etdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib.

  • Yazılıb
  • da (də) 2012 Jan 19