well/Aran agentliyi
BMT baş katibinin köməkçisi Valere Amos BMT Təhlükəsizlik Şurasına Fələstindəki humanitar durumla bağlı məlumat verib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, mətbuat üçün qapalı keçirilən toplantıdan sonra Fələstin, Mərakeş, Azərbaycan və Misirin BMT Təhlükəsizlik Şurasındakı təmsilçiləri jurnalistlərin suallarını cavablandırıb. Azərbaycanın BMT yanındakı daimi nümayəndəsinin müavini Tofiq Musayev V. Amosdan Fələstin torpaqlarında İsrail tərəfindən aparılan tikintilərlə bağlı TŞ-yə məlumat verilməsini istəyərək “qeyri-qanuni tikintilər dərhal dayandırılmalıdır”, söyləyib.