Bakıda formalaşan anti-Talıbov koalisiyası Naxçıvanda xalqın ayağa qalxmasının tərəfdarı kimi çıxış edirlər
well/Aran agentliyi
Naxçıvanda Vasif Talıbova qarşı hiddət özünün kluminasiya nöqtəsindədir. Burdakı acınacaqlı vəziyyət Azərbaycanın heç bir əyaləti ilə müqayisə oluna bilməz. digər tərəfdən Naxçıvan xanı Bakıda da özünə qarşı ciddi bir müxalifət formalaşdırıb.
Əldə etdiyimiz məlumata görə Naxçıvanda hər an sosial partlayış ola bilər. Vasif Talıbov hələ ki, vəziyyəti polis süngüləri üzərində idarə etməyi başarsa da, vəziyyətin nəzarətdən çıxması kiçik bir qığılcıma bənddir. Mənbə bildirir ki, Naxçıvanda yaşayan vətəndaşlar özlərini vətəndaş olmaqdan daha çox kölə kimi hiss edirlər. Çünki Muxtar Respublikada ədalət və qanun deyil, Ali Məclis sədrinin mütləq iradəsi tiranlıq edir.
Mənbə bildirir ki, Vasif Talıbov Bakıda da özünə qarşı böyük bir müxaliif qüvvə formalaşdırıb. Onların arasında hakimiyyət nümayəndələri və hətta oliqarxlarda var. Bildirilir ki, özünü Naxçıvanın mütləq hakimi olaraq tanıdan Vasif Talıbov bəzi hakimiyyət nümayəndələrini Naxçıvana belə buraxmır. Persona non-qrata elan olunan şəxslər arasında nazirlər də var.
Mənbə məlumatına görə Bakıda formalaşan anti-Talıbov koalisiyası Naxçıvanda xalqın ayağa qalxmasının və Vasif tTalıbova qarşı inqilab etməsinin tərəfdarı kimi çıxış edirlər. Çünki Talıbovu yenmənin başqa yolu görünmür.
Bu günə qədər Vasif Talıbova qarşı saraydaxili intriqaların heç bir nəticə vermədiyinə diqqət çəkən mənbə bildirir ki,Naxçıvandakı vəziyyət elədir ki, xalqın ayağa qaldırılması elə də ciddi problem deyil. Amma Bakıdakı hakimiyyət nümayəndələri qığılcımın Bakıya sıçramasından qorxurlar. Ona görə də Bakıda anti-Talıbov üsyanı üçün düyməni basmağa ehtiyat edirlər.