srail KİV-ləri Azərbaycanın bir sıra dövlət strukturlarının internet saytlarına edilən irimiqyaslı haker hücumu barədə yazır
well/Aran agentliyi
İsrail KİV-ləri Azərbaycanın bir sıra dövlət strukturlarının internet saytlarına edilən irimiqyaslı haker hücumu barədə yazır. Bildirilir ki, hücumu həyata keçirənlər Azərbaycan hökumətini “sionistlərə işləməkdə” günahlandırıblar. Eyni gün İsrailin də bir sıra dövlət qurumlarının, şirkətlərinin saytına haker hücumları olub. İsrailin El Al milli hava yolları şirkətinin saytının dağıdılması nəticəsində sərnişinlər çətinliklərlə üzləşiblər, onlayn bilet sifarişləri dayanıb. Həmçinin Təl-Əviv birjasının saytı dağıdılıb və birjanın işində problem yaranıb. İsrail hökuməti bu hücumların siyasi xarakterli olduğunu bildirir. Hücumu həyata keçirənlər özlərini “OxOmar” haker qruplaşmasının üzvləri kimi təqdim ediblər. Bu adda haker qruplaşması indiyədək İsrailin müvafiq strukturlarına məlum deyil. İsrail ekspertləri diqqəti eyni vaxtda bu ölkə ilə sıx əməkdaşlıq edən Azərbaycana qarşı da haker hücumlarının edilməsinə yönəldirlər və deyirlər ki, hər iki hücumların eyni mərkəzdən idarə edildiyi ehtimalı var. Beləliklə, Azərbaycanın dünyanın ən güclü kəşfiyyat qurumu olan “Mossad”la İran kəşfiyyatı arasında gedən qlobal savaşda platsdarma çevrildiyi görünməkdədir. İranın ölkəmizə qarşı qəzəbinin əsas səbəblərindən biri də budur.