Hakimiyyətlərin dəstəyi ilə baş tutan bu ləyaqətsiz tədbirdə qeyrətli xalqlar canından-qanından keçib
well/Aran agentliyi
Namusuna əl uzandı,
Aldıqları yetər, oyan.
Seçimin nə: xeyir ya şər?
Sözünü de Azərbaycan!
22-26 mayda Bakıda gey-parad keçirilməsi nəzərdə tutulur. Hakimiyyətlərin dəstəyi ilə baş tutan bu ləyaqətsiz tədbirdə qeyrətli xalqlar canından-qanından keçib. Ötən il qeyrətini bəyənmədiyimiz ruslar geylərin qanını tökdü. Qeyrətli Azərbaycanın cavabı nə olacaq? O gün tarixə qızıl qan hərflərlə yazıla bilər. Hələ ki Qara May kimi görünür.
Turan:
May ayının 26-da (2011) Avroviziya mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi nəzərdə tutulur…
Lezbiyan, gey, biseksual və transeksual "mədəniyyəti"ni qeyd etmək məqsədi ilə hər il dünyanın müxtəlif şəhərlərində gey-parad adlı festival və aksiyalar keçirilir ki, bu da mahnı müsabiqəsinin simvolu halına gəlib…
LQBT-nin (lezbiyan, gey (homoseksual), biseksual, transeksual) məqsədi cəmiyyətin onlara normal münasibət göstərməsi məqsədilə aksiyaların keçirilməsidir ki, bu da gey-parad adlanır…
1960-cı illərdə amerikalı gey və lezbiyanların qanun qarşısında cavab verməli olurlarmış. Belə ki, homoseksual əməllər, hətta yaşlı insanlar tərəfindən və şəxsi evlərdə həyata keçirilərdisə də, bu bütün ştatlar üzrə cinayət əməli hesab edilərmiş…
1969-cu il 27-28 iyun tarixlərində polis belə reydlərin birində geylərin daş və şüşə butulka hücumuna məruz qalır. Qarşıdurma səhərə qədər davam edir. Səhərisi gün polis yenidən əməliyyat keçirir və bu zaman qarşıdurmalar bir həftə davam edir. Elə həmin ilin noyabrında LQBT-nin konfransı keçirilir və Kreyq Rodvell adlı homoseksual tərəfindən bu hadisənin hər il qeyd olunması təklif edilir və "Stounvollski üsyanı" adlandırılması qərara alınır…
1970-ci ildə hadisənin ildönümü ilə əlaqədar ilk gey-parad keçirilir…
Bu aksiya Nyu-Yorkla məhdudlaşmadı və Çikaqo, Los-Anceles, San-Fransisko, Atlanta və Torontoda da keçirilməyə başlandı. Hazırda bu aksiya hər il bütün ABŞ və Kanada ərazisində keçirilir…
Daha sonra bu aksiyalar Avropaya keçdi. İlk aksiya 1970-ci ildə Londonda baş tutdu. 1971-ci ildə Fransada, 1979-cu ildə Berlində, 1983-cü ildə Dublində gey-parad təşkil edildi. Zaman-zaman bu paradlar Cənubi və Şimali Amerika, Avropa, Avstraliya, Yeni Zellandiya, CAR, Türkiyə, İsrail, Tayland, Hindistan, Yaponiya, Tayvan və Çində də keçirilməyə başlayıb və indi də keçirilir.
Aksiyalar keçmiş Sosialist ölkələrində təzyiqlərlə üzləşiblər. Belə ki, 2001-ci ildə Serbiyanın paytaxtı Belqradda geylər millətçi gənclərin hücumuna məruz qalıblar. 2009-cu ildə isə Serbiyada futbol fanatları ilə geylər arasında baş verən qarşıdurmanın zərəri 1 milyon avro oldu. Analoji qarşıdurmalar Bratislava, Buxarest, Budapeşt və Riqada da baş verdi. Amma onlara hökumətlərin yaratdığı şərait öz sözünü deməyə başladı…
2005-ci ildə isə Polşanın paytaxtı Varşavada keçirilməsi nəzərdə tutulan gey-parada mərhum prezident Lex Kaçinski qəti şəkildə etiraz edərək, paradın keçirilməməsi göstərişini vermişdi. Onun bu qərarı Avropa Məhkəməsi tərəfindən 2007-ci ildə insan haqlarının pozulması kimi qiymətləndirilmişdi. Kaçinskinin təyyarə qəzasına dünyasını dəyişməsindən sonra isə geylərin yolu açıldı…
Gey-paradın keçirilməsinə qadağa 2005-ci ildə isə Moskvada da qeydə alındı. Dövrün meri Yuri Lujkov gey-paradı qadağan edən qərar çıxardı…
Azərbaycanda bu paradı necə adlandıracaqlar? İslam Mədəniyyətinin Paytaxtı elan edilmiş Bakıda gey-parad keçiriləcək. Çünki Avroviziya mahnı müsabiqəsinin keçirildiyi ölkələrdə belə bir paradın keçirilməsi artıq dəb halını alıb. Ola bilsin kimlərsə iddia eləsinlər ki, yox belə bir iyrənc addım Azərbaycanda atıla bilməz! Amma əmin olun ki, bu belə də olacaq. Çünki bunu geylərin saytı bəyanlayır. Onların saytında bir il ərzində keçiriləcək aksiyaların təqvimi verilib və siyahıda ölkələrin adları göstərilib. Siyahıda 2012-ci ilin may ayının 22-26-sı tarixlərində Bakıda gey-paradın keçiriləcəyi bildirilir.
oydaa.com:
Bir neçə gün öncə yayımladığımız xəbərin ölkə gündəmini bu qədər məşğul edəcəyini heç gözləmirdim. Bizi qınayan da oldu, dəstəkləyən də. Dəstəkləyənlərə təşəkkür edirik, qınayanlara isə geylər özü təşəkkür edəcək. Biri savadsız, biri dinçi, bir başqası mentalitet davaçıları və ilaxır dedilər. Canları sağ olsun. Əslində düz edirlər. Mümkün deyil hamı eyni düşüncəyə malik olsun. Biriləri qeyrətsiz düşüncəyə sahib olub geyləri müdafiə edəndə, gözləniləndir ki, biriləri də vətən, qeyrət, millət, mənəvi dəyərləri düşünsün. Sosial şəbəkələrin 4 günlük müzakirə mövzusu olan "geylərin gəlişi” hamını bir nəfər kimi səfərbər edib. Adi facebook profilinə sahib vətəndaşından tutmuş hakimiyyət nümayəndəsinə kimi. Hətta Çingiz Mustafayevin irsini davam etdirən ANS də məsələyə qarışdı. Geylərin səfərinə qarşı çıxanları mental düşüncəli insanlar adlandırıldı. Xalqın fikrini öyrəndilər. Hamı yekdilliklə dedi ki, "əşi sən Allah rədd edin onları”. Amma telekanal üçün müsahib qıtlığı deyil ki, Bakı geylərindən açıqlama gəldi. Bizə toxunmayın. Vahid müəllimə də təşəkkür edin, bizi unutmadığı üçün. Fərli-başlı yayımçılıqla məşğul olmursunuz, heç olmaya əziz Çingizin ruhunu narahat etməyin. Əcəb demişdi Çingiz: "Nə olub qorxursunuz, arvadsuz, hamınız arvadsuz.” İndi nə oldu da "qoluboy”ların müdafiəsinə qalxdınız. Görəsən Çingiz Mustafayev olsaydı, onlara "vətən oğulları deyib alqışlayardımı?! Əlbəttə ki, yox. Haşa bunu düşünmək belə xətadır. Belə olan halda bəzi telekanalların üzdəniraq "kişi"ləri müdafiə etməsi adamı təəccübləndirməyə bilməz. Yoxsa Qarabağa azadlıq sevdanız bura qədərmiş. Əslində "Qarabağa azadlıq”,” Döyüş anlınınıza (görəsən niyə alnımıza yox – T.H) yazılıb” bunlar hamısı şüar çərçivəsindədir. Onda belə çıxır sabah geylər bura gələndə deyəcəksiniz geylər bizim qürur mənbəyimizdir? Şəxsən mən bunu sizdən gözləmirəm.İndi vətənşüvənlər, mentalitet düşmənləri deyəcəklər ki, yenə başladılar. Vallah bilmirəm nə deyəm, doğurdan bu qədər alçalmışıq? Hələ də fərqində deyilik ki, bu tədbirlərin burada keçirilməyi ilə bizə kimliyimizi unutdurmaq istəyirlər? Bundan artığını gözləməyin. Analoqsuz siyasətin nəticəsi belə olacaq da. Geyləri burda görmək istəyənlər təmsilçilərimizi də Almaniyada qalib etdilər. Mitinqlərdə gənclərə "boks dərsi” keçən gənc Avroviziyada qalib gələndə görmədinizmi nə hoqqalardan çıxdı. Bardan çıxardıqları çarəsiz qızları soyundurub küçələrdə gəzdirdiklərini unutmayın. Bu geylərə müjdə nişanəsi idi. Bəli, bizim Qarabağ boyda dərdimiz yoxdur. Bizim Xocalıda qaynar qazanda qaynayan ana-bacılarımız da yoxdur. Çünki o başqa, bu başqa. Bizim qapımız hamıya açıqdır. Elə o açıq qapıdan içəri girənlər bizə dərdlərimizi unutdurur.Cəmiyyətimizi parçalayıblar onsuz da. Bu məsələdə də bir az parçalayacaqlar. Mən də istəyirəm ateist, xristian, dinsiz, dindar, müxalifətçi olmasından asılı olmayaraq bütün qruplardan olan gənc dostlarımla fikirlərimi bölüşəm. Amma malasəf imkan vermirlər. Gündə bir mövzu atırlar ortaya və bizi bir-birimizə qırdırırlar. Qazanan isə bizə zülm edənlərdir.Hakimiyyətin təzyiqi ilə Bakının adının onların parad siyahısından çıxarılmasına aldanmayın. Bizim Avroviziyada qalib olmağımız gey paradın burda keçirilməsinə bağlı idi. Sadəcə məsələnin cəmiyyətə bu qədər tez açıqlanacağını heç kimi düşünmürdü.Gey paradda iştirak etmək istəyənlərə isə tövsiyəm var: bədxərclik etməyin. Pulunuzu toplayın. Parada uyğun paltarlar almaq lazımdır. Ailə üzvü çox olanlara faizsiz kredit də verəcəklər. Nə edək ki, həqiqət bir az acı olur. Məqsədlər üçün gərək əziyyətlərə qatlaşasan.Qeyrəti cuşa gəlib, başından tüstü çıxanlar isə özləri yaxşı bilirlər nə edəcəklərini. Ümid edirəm xalqın daim keşiyində "dayanan” iqtidarımız heç olmasa bu dəfə xalqın istəyi ilə bəzi ölkələrdə, elə qonşumuz Rusiyada olduğu kimi bütün qapıları üzdəniraqların üzünə bağlayacaq.
Bakıxan