Tarix : 2012 Jan 19
Kod 28062

Etiraz edən taksi sürücüsü lezva udub

Polislər sürücülərlə yanaşı öz peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı da aqressiv davranıblar
well/Aran agentliyi

 

Bu gün saat 15 radələrində 200 nəfərə yaxın taksi sürücüsü günlərdən bəri davam edən etiraz aksiyalaraından növbətisini keçiriblər. Onlar bu gün də Nəqliyyat Nazirliyinin qarşına toplaşmağa cəhd ediblər.

Hadisə yerindən məlumat verən Yeni Müsavat qəzetinin repartiyoru Fərahim İlqaroğlunun sözlərinə görə, polis qüvvələri taksi sürücülərini nazirliyin binasına yaxın buraxmamaq üçün hər cür tədbirlər görüblər.

Fərahim İlqaroğlu xəbər verir ki, Nəqliyyat Nazirliyinin köhnə avtomobillərlə taksi xidməti göstərməyə qoyduğu qadağaya etiraz olaraq Nəbi adlı bir sürücü lezva udub. Polislər onun ağzını zorla açmaq istəyib, daha sonra döyə-döyə polis məntəqəsinə aparıblar.

F.İlqaroğlunun sözlərinə görə, polislər sürücülərlə yanaşı öz peşə  borcunu yerinə yetirən jurnalistlərə qarşı da aqressiv davranıblar: "Onlar məni fotokameramı da əlimdən aldılar. Elə bildim yerə çırpıb sındıracaqlar. Amma Muradov soyadlı polis zabitinin işə qarışmasından sonra kameramı qaytardılar. Məlum oldu ki, müxtəlif rakurslardan çəkdiyim 7-8 fotoşəkil kameranın yaddaşından silinib".

 

Qeyd edək ki, Nəqliyyat Nazirliyi öz mövqeyindən geri çəkilmək istəmir. Sürücülər isə taksi xidmətinin onlar üçün axırıncı dolanışıq yeri olduğunu bildirir, onların fəaliyyətinin lisenziyalaşdırılmasını tələb edirlər.

  • Yazılıb
  • da (də) 2012 Jan 19