Səhər telekanalının azəri bölməsindən Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədi saxlamaq məqsədilə ''Qarabağ şəhidləri'' verlişinin ...
well/Aran agentliyi
Səhər telekanalının azəri bölməsindən Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədi saxlamaq məqsədilə "Qarabağ şəhidləri" verlişinin yayımlanması başlandı
Səhər telekanalının azəri bölməsindən Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədi saxlamaq məqsədilə "Qarabağ şəhidləri" verlişinin yayımlanması başlandı
"Arannews"in "Əhli-beyt" xəbər agentliyinə istinadla verdiyi məlumata əsasən, 20 hissəli və hər hissəsi 10 dəqiqəlik verliş Məhəmməd Əli Talibinin rejissorluğu ilə Azərbaycan Respublikasında hazırlanmışdır. Verlişin hər bir hissəsində Qarabağ müharibəsi şəhidlərindən birinin həyatı, ictimai fəaliyyəti, şücaət və qəhrəmanlığı onun yaxınları və ailəsi ilə müsahibəsi çərçivəsində araşdırılır.
Talibi Qarabağ müharibəsi mövzusununda işləməkdə məqsədin bu müharibə şəhidlərinin xatirəsinin Azərbaycan Respublikası mediasında həmişə canlı saxlanılması olduğuna işarə edərək deyib: "Beynəlxalq Səhər Kanalı bu ölkə xalqını və Qarbağ müharibəsi qurbanlarını dəstəkləmək məqsədilə bu sənədli filmin çəkilişinə başlamışdır".
O sözünün davamında filmin hazırlanmasında sərf olunan vaxtın –görüntü, montaj, redaktə və s. – təqribən 9 ay çəkməsinə işarə edərək deyib: "Bu çox seriyalı sənədli filmin hazırlanması Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Astara, Lənkəran, Gəncə və s. ölkənin (Azərbaycan) kino sənətində təcrübəsi olan şəxslərin iştirakı ilə həyata keçirilmişdir".
"Qarabağ şəhidləri" sənədli filmi hər gün saat 21:45-də Beynəlxalq Səhər Kanalından yayımlanır.