Tarix : 2012 Jan 20
Kod 28072

Fransa səfiri nazirliyə çağırıldı

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən yanvarın 19-da Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib
/Aran agentliyi

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən yanvarın 19-da Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, X. Xələfov Fransa səfirinə 23 yanvar 2012-ci ildə Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edib və belə qanun layihəsinin qəbul edilməsinin regional proseslərə mənfi təsir göstərə biləcəyini diqqətə çatdırıb.

Səfir Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar olduğunu qeyd edib və Azərbaycan tərəfinin mövqeyini Fransa hökumətinə çatdıracağını bildirib.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 20