/Aran agentliyi
Bakıda daha bir qətl törədilib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə yanvarın 19-u saat 22:30 radələrində qeydə alınıb. Bakı şəhər sakini Aygül Əsədova bıçaq xəsarəti ilə Klinik Tibbi Mərkəzə daxil olub və aldığı xəsarətdən orada ölüb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahin Əliyev Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
apa