/Aran agentliyi
Lüğətə nəzər salsaq görərik ki,terror-qorxudan mənasını daşıyır.İndi bir nəzər salaq ki,Hakimiyyət xalqı qorxuzur,yoxsa xalq hakimiyyəti.Yəni xalq terroru törədir,yoxsa hakimiyyətdəkilər.
Milli təhlükəsizlik Nazirliyi yeni bir böhtanla gündəmə gəldi. MTN ictimai əlaqələr mərkəzindən verilən məlumata görə,Milli Təhlükəsizlik Nazirliyinin MTN həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə,onun həyatına sui-qəsd etməyə,yəni terror aktına hazırlıqda ,qanunsuz olaraq külli miqdarda odlu silah,döyüş sursatı,partlayıcı maddələrin,qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb.
Bu şəxslər Azəbaycan Respublikasının vətəndaşları Əliyev Rasim və Hüseynov Əlidir. Rasim Əliyevə və Əli Hüseynova təlimatı verən yerli hakimiyyətin dediyinə görə, hazırda İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan,İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Dadaşov Balaqardaş Əlisəfa oğlu olub.
Balaqardaş Dadaşov uşaq oğurluğu,qanunsuz silah gəzdirmə,silahlı birləşmələrə rəhbərlik etmə iddiaları ilə 1995-ci ildən axtarışdadır. Balaqardaş Dadaşovun həmyerlisi Natiq Kərimov bildirib ” Balaqardaş Dadaşov uşaq oğurluğu,qanunsuz silah gəzdirmə,silahlı birləşmələrə rəhbərlik etmə iddiaları ilə 1995-ci ildən axtarışdadır. Balaqardaş Dadaşovun həmyerlisi Natiq Kərimov bildirib ki,bunlar hamısı böhtandır. “ ki,bunlar hamısı böhtandır.
Balaqardaş kəndin hörmətli şəxslərindən olub və o nüfuz sahibidir. Natiq Kərimov onu qeyd edib ki,Balaqardaş kənddə baş vermiş iki nəsil arasında davada hadisə törədib və cəzasını çəkib. Nardaranlı Hacı Əli Hüseynov əvvəllərdə küçə divarlarına Allah yazdığına görə həbs edilmiş və sonra Nardaran əhalisinin sərt etirazlarına məruz qaldıqlarına görə ittihamlarını dəyişərək,Sabir Rüstəmxanlıya ölüm fətvası verməsi ittihamı ilə 1 illik azadlıqdan məhrum etmişdilər.
Bir sözlə terrorun qurbanları yenə müsəlman qardaşlar oldu. Qondarma terror aktı yaradıb,özlərini avropa dövlətlərinə yaxşı göstərmək istəyirlər. Sizin bu böhtanınıza elə sizin kimi cahillər inanar. Cürbəcür böhtanlar ataraq müsəlmanları terrorçu adlandıranlar elə özləri Qiper terrorçudurlar.
Hər il ənənəyə sadiq qalaraq dindarları terrorçudur deyib həbsə atılmaları,evlərində hər il istədikləri şəkildə baxış ,axtarış keçirməkləri,dinc müsəlmanları narahat etmələri terror deyilmi görəsən?.
Haqsızlığa qarşı keçirilən mitinqlər ,televiziya verlişlərində yayımlanmır ancaq böhtan atdıqları dindarları televizorda göstərirlər. Bu Respublikada sadəcə terrorist olan hökümətdir. Bu terrordan isə əzab əziyyət çəkənlər yalnız canı boğazına yığılmış xalqımızdır. Camaatı İran və digər respublikaların adından istifadə edərək şərləmələri ilə yanaşı öz dövlətimizin zəifliyini əks etdirirlər. Şəriət ölkəsi İrana baxış tərzlərini dəyişdirmək istəyirlər. Ancaq belə bəhanələr sosial həyatda belə gülünc qarşılanır.
İSLAMTİMES - AYDIN