Tarix : 2012 Jan 21
Kod 28098

Azərbaycanda iş yerində namaz qılmaq mümkündürmü?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmisi açıqcasına iş yerində inanclı əməkdaşlara namaz qılmaq şəraiti yaradılması ilə müxalifətini vurğulayıb
/Aran agentliyi

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmisi açıqcasına iş yerində inanclı əməkdaşlara namaz qılmaq şəraiti yaradılması ilə müxalifətini vurğulayıb.

"Din dövlətdən ayrıdır. Dövlət idarəsində nə din?" deyən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli bunu "Media forum" saytının dövlət və hökumət qurumlarının sözçülərinə sualla müraciətinə cavabda deyib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu: - Hər bir əməkdaşımız ibadət məsələsində sərbəstdir. Amma namaz qılmaq üçün xüsusi otağımız yoxdur. İnanclı şəxslər ibadətlə iş otaqlarında məşğul olur.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib : - Nazirlikdə xüsusi ibadət otağı mövcud deyil. Amma ibadət hər bir kəsin şəxsi işidir.

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib : - İbadət üçün xüsusi otağımız yoxdur. Amma namaz qılmaq qadağan olunmayıb. Bu məsələ hər bir insanın şəxsi işidir. Namaz qılmaq istəyən əməkdaşımız işlədiyi otaqda ibadət edə bilər.

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib : - Ayrıca ibadət otağımız yoxdur. Ola bilsin, hansısa əməkdaşlar öz otaqlarında namaz qılır.

Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib : - Xüsusi ibadət otağımız yoxdur. Əməkdaşlarımız belə bir istəklə müraciət etməyib. İbadətə hər hansı qadağa isə qoyulmayıb.

Mədəniyyət və Turizim Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov deyib : - Dövlət idarəsində ibadət üçün xüsusi ayrılmış yer ola bilməz. Ola bilsin, hansısa əməkdaşımız işlədiyi otaqda namaz qılır. Bu barədə dəqiq məlumatım yoxdur.

Cavabların ən qəribəsi isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən gəlib. Komitənin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bildirib : -Əməkdaşlarımız ibadətlə sərbəst məşğul ola bilər. Amma namaz qılmaq üçün xüsusi otaq yaradılmayıb. Hər bir inanclı əməkdaşın iş otağında namaz qılmaq imkanı var. Sorğuda Qafqaz Müsəlmanları İdarəsindən sual soruşulmayıb!

  • Yazılıb
  • da (də) 2012 Jan 21