/Aran agentliyi
Azadxeber.az saytının "İslam hamı üçün" xəbər portalından əldə etdiyi məlumata görə, Tunisdə İslam hakimiyyəti qurulandan sonra ilk İslami qadağa universitetlərdə qoyuldu. Tələbələr niqabla dərsə buraxılmırlar. Bu hadisə Tunisin Manuba şəhərində baş verir. Tələbələr buna etiraz edərək aclıq elan ediblər. Sələfi məzhəbli tələbələr bu etirazların davam edəcəyinə söz veriblər. Etirazlar artıq kütləvilik xarakteri daşımağa başlayır. Səs gücləndiricilərlə hər gün universitetin qarşısı etiraz edənlərlə dolu olur. Bu da səbəb olub ki, universitetdə imtahanlar təxirə salınıb. Mənbənin bildirdiyinə əsasən, imtahanların təxirə düşməsi və dərslərin yarımnıq qalması səbəb olub ki, sələfi məzhəbli müsəlmanlarla, liberal müsəlmanlar arasında toqquşmalar baş verib. Hətta yaralananlar da var.